Ekspert: "Nərminin meyiti 300 qram benzinlə kömürləşmiş hala qədər yana bilməzdi

Ekspert: Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda Nərmin Quliyevanın meyitini müayinə edən ekspertlərdən biri - Seyfulla İsgəndərov - şahid qismində dindirilib.
Seyfulla İsgəndərov müdafiə tərəfinin vəsatəti ilə məhkəməyə çağırılıb.
İlkin Süleymanovun vəkilləri Zabil Qəhrəmanov və Murtuzəli Abbasov ekspertə bir neçə sual ünvanlayıblar. Suallardan biri Nərmin Quliyevanın baş nahiyəsində olan beş xəsarətin bir zərbə ilə yaranmasının mümkün olub-olmaması ilə bağlı olub.
Qeyd edilib ki, İlkin Süleymanov ilk ifadəsində Nərmin Quliyevanın başına bir zərbə vurduğunu deyib.
Ekspert isə bir zərbə endirməklə həmin beş xəsarətin yarana biləcəyinin mümkünsüz olduğunu bildirib. Müdafiə tərəfi bunun təqsirləndirilən şəxsin ilkin ifadəsinin yalan olduğunu bir daha sübut etdiyini vurğulayıb.
Meyitin boy ölçüsü ilə bağlı suala isə ekspert cavab olaraq bildirib ki, meyit onlara təhvil verilən vaxt Nərmin Quliyevanın meyiti olduğunu deyiblər.
Vəkillərin digər sualı isə meyitin arxası üstə yanma ehtimalı ilə bağlı olub. Həmçinin sonradan meyitin yanma vaxtını müəyyənləşdirmək üçün ekspertiza keçirilərkən yandırılan qoyunun da arxa hissəsinin yanmaması məqamı ekspertin diqqətinə çatdırılıb.
Ekspert suala: "İnsanla heyvanın yanması fərqlidir", - deyə cavab verib.
İlkin Süleymanov isə ekspertə: "Meyit 300 qram benzinlə o həddə yana bilərdimi?" - deyə sual verib.
Ekspert Seyfulla İsgəndərov meyitin 300 qram benzinlə yanaraq kömürləşmiş hala çatmasının real olmadığını bildirib.
İlkin Süleymanovun ikinci sualı isə meyitin üzərində olan sintetik ağ köynəyin qolunun yanmaması ilə bağlı olub. Ekspert meyitin üzərindəki köynəyin yanmamış olmasının inandırıcı olmadığını deyib.
Qeyd olunub ki, iş üzrə digər mübahisəli məqam meyit yanan vaxt iy gəlməməsi ilə bağlıdır. Müdafiə tərəfi meyitin başqa yerdə yandırıldıqdan sonra İlkin Süleymanovun evinin yanına atıldığını iddia edib.
Proses martın 15-də digər ekspertlərin ifadələri ilə davam edəcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyeva qətlə yetirilib. Onun yandırılmış meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb. / azxeber.com

Sosial       Tarix: 02 mart 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki


yeni xeberler azerbaycan xeberleri son xeberler sosial yardim metbuat xeberleri az xeber sonxəbərlər