"Əla "oyun" göstərdiniz, 6-cı qolu da mətbuat konfransında vurdular" - REPLİKA

"Qarabağ" ötən gün Bakıda Çempionlar Liqasının pley-off mərhələsində "Dinamo" ilə cavab matçına çıxdı. Xatırlayırsınızsa, ötən həftə Zaqrebdəki "Maksimir" stadionunda baş tutan ilk matçda "Dinamo" 3:0 hesablı qələbə qazanmışdı.
Düzü, "Qarabağ" fanatlarının cavab görüşünə böyük ümidləri vardı. Hamısı mənim kimi düşünürdü ki, "Qarabağ"ın oyunçuları pley-off mərhələsini keçərək tapşırığı yerinə yetirəcəklər. Çünki klub rəhbərliyi elan etmişdi ki, komanda ÇL-in qrup mərhələsinə yüksəlsə, əsas heyət üzvlərinin hər biri 70 min manat civarında mükafat qazanacaq. Bu "Qarabağ"ın tarixində görünməmiş bir mükafat idi!
Baş məşqçi Qurban Qurbanov "od qiymətinə" alınan oyunçuların guya "ən yaxşılar"ını seçib meydana buraxmışdı: Mateuş Koxalski, 2. Mateus Silva, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Juninyo
Beləliklə, Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ" – "Dinamo" görüşü saat 20:45-də başladı.
Futbolçular ilk dəqiqələrdən sanki yorğun olduqlarını anlatmağa çalışırdılar. Yaxşı da anlatdılar. Futbolu izləyən hər kəs meydandakıların oyunu yola verdiyini anladı.
Rəqib Marko Pyatsa "Dinamo"nun bəxtini 33-cü dəqiqədə açdı: 0-1. Rəqibin qapısının yüksək səviyyədə qorunduğunu, qol vura bilməyəcəklərini anlayan "Qarabağ"çıların daha da ruhdan düşməsi gözdən qaçmadı. Sağ olsun, Mateus Silva ruh yüksəkliyini qaldırmaq üçün 1 qol vurdu! Amma rəqibin qapısına yox, öz qapımıza!
Əsas odur, sübut elədi ki, rəqibdən aciz deyil, nə olsun ki, öz qapısıdır, əsas olan odur ki qol vurmağı bacarır. İki oyun idi, rəqib komanda elə bilirdi ki, "Qarabağ"da qol vura biləcək futbolçu yoxdur! Yenə də sağ olsun Mateus! Onlara sübut elədi ki, qol vurmağı bacarır! Uzun sözün qısası, Mateus Silva 53-cü dəqiqədə avtoqol müəllifi oldu: 0-2.
Meydanda yeriməsi ilə yüyürməsi arasında fərq olmayan futbolçulardan biri də Kevin Medina idi. Tərifini "alaqapılara" həkk etmişdik. Medina 88-ci dəqiqədə qırmızı vərəqə aldı və "Qarabağ"ın gücünü lap azaltdı. Meydanda azlıqda qalan, çarəsiz "Qarabağın" köməyinə isə görüş vaxtının bitməsi çatdı.
Beləliklə "Dinamo" ümumi hesabla 5-0 qalib gəldi və "Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı.
Düzdür, "Qarabağ" bu nəticə ilə mübarizəni Avropa Liqasında davam etdirəcək. Amma komanda ÇL-dan kənarlaşdı, futbolçuların əli də 70 min manatdan üzüldü.
Bu oyunda sevinən, xoşbəxt olanlar isə bu 11 nəfər oldu: 33. İvan Nevistiç, 3. Takuya Oqivara, 9. Bruno Petkoviç (k), 10. Martin Baturina, 13. Sami Mmae, 17. Sandro Kulenoviç, 18. Ronael Pyerr-Qabriel, 20. Marko Pyatsa, 25. Petar Suçiç, 27. Yosip Mişiç, 28. Kevin Teofile-Katerine
Bir də "Dinamo"nun baş məşqçi Sergey Yakiroviç!
Xoşbəxt və məmnun görünən Sergey görüşlə bağlı açıqlamasında təsəvvür edin, 6-cı "qolu vurdu". Dedi ki, "Qarabağ"ı yaxşı təhlil etdiyimizə görə uğurlu nəticə qazandıq.
"Komandamı təbrik edirəm. "Qarabağ"ı yaxşı təhlil etdiyimizə görə uğurlu nəticə qazandıq (Deməli, rəqib komanda da duyub ki, Qurban müəllimin balaları oyunu yola verir, vaxtı öldürür, müdafiəni düzgün təşkil etmir, hücumu vaxtında dəyərləndirmir-müəllif). Müdafiədə etibarlı çıxış etdik. Keyfiyyətli oyun göstərdiyimizi deyə bilərəm.
Təbii ki, çatışmayan cəhətlər də var idi. Bununla belə, ümumilikdə yaxşı oyun sərgilədik. Futbolçularıma təşəkkür edirəm. Düzgün şəkildə oyun apardıq və layiq olduğumuz qələbəni əldə etdik".
Media və sosial şəbəkələrdə isə baş məşqçi Qurban Qurbanovdan hesab tələb etmək əvəzinə, onun matça geyindiyi köynəyin qiymətinin 1835 manat olduğu müzakirə edilir. Bu camaatın da işi –gücü yoxdur! Aylıq maaşı 100 min manat olan adam gedib "Sədərək"dən 7-8 manatlıq qofta almayacaq ki? İşiniz gücünüz yoxdur, sizin???
Ötən il Azərbaycan yığmasının yəni, milli komandamızın 67 yaşlı sabiq baş məşqçisi Canni De Byazi seçmə mərhələnin ikinci turunda İsveçə 0:5 hesablı məğlubiyyətdən sonra dediyi "əla oyun göstərdik" sözləri gülüş doğururdu! Byazi demiş, əla "oyun" göstərdiniz! Day, indən sonra nağayrırsınız qayırın!
Əntiqə Rəşid
KONKRET.az
P.S.Yeri gəlmişkən, bu yazı bir jurnalistin idman analizi deyil, həm də bir fanat olaraq xəyal qırıqlığının məhsuludur….

İdman       Tarix: 30 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 2-ci ev oyununun biletləri satışa çıxarılıb. xəbər verir ki, bilet qiymətləri 15, 40, 50,  75, 120 və 650 manatdır. Bakı təmsilçisi oktyabrın 20-d

Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu

Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu olaraq qalır. KONKRET.azxəbər verir ki, "Sportico" portalı 2026/27 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edəcək futbolçuların siyahısını hazırlayıb

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu


azerbaycan xeberleri son xeberler yeni xeberler son xabarlar xabarlar xankendi son xeber az