Elçin Əmirbəyov: "Zəngəzur dəhlizi Ermənistan və Azərbaycan arasında sülh üçün mühüm vasitə ola bilər

Elçin Əmirbəyov: "Zəngəzur dəhlizi Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və sülhün bərqərar olması üçün mühüm vasitə ola bilər".
Bunu Antalya Diplomatiya Forumunda keçirilən panel müzakirəsi zamanı Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib.
"Avrasiyada əməkdaşlığın yeni dinamikası" sessiyasında çıxış edən diplomat vurğulayıb ki, sırf iqtisadi səmərə ilə yanaşı, post-münaqişə mühitində ölkələr arasında nəqliyyat əlaqələrinin bərpası həm də mühüm etimad quruculuğu rolunu oynaya və sülh üçün faydalı addıma çevrilə bilər.
"Bunun bariz nümunəsi Zəngəzur dəhlizi layihəsidir ki, bu layihə nəinki Ermənistanla Azərbaycan arasında birbaşa nəqliyyat əlaqələri yarada bilər, həm də Ermənistanın regionda iqtisadi təcridinə son qoya bilər. Bundan əlavə, bu layihənin həyata keçirilməsi bölgədəki digər ölkələrin, ilk növbədə Türkiyə, Rusiya və İranın maraqlarına tam cavab verəcək və fayda verəcəkdir. Həmçinin, Zəngəzur dəhlizi artıq mövcud olan Transxəzər Beynəlxalq Orta Dəhlizinə alternativ marşrut ola bilər, Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Azərbaycan və Gürcüstan ərazisidən keçməklə Avropa ilə birləşdirə bilər.
Ümid edirik ki, üç ildən artıqdır öhdəliklərini yerinə yetirməkdən yayınan və faktiki olaraq Zəngəzur vasitəsilə nəqliyyat əlaqələrinin bərpasına mane olan İrəvan nəhayət, bu layihənin Ermənistan üçün tam faydasını dərk edəcək. Əks halda, arzu edilən "kəsişmənin" regional dalana dirənməsi riski var", - deyə E.Əmirbəyov yekunlaşdırıb. / azxeber.com

Siyasi       Tarix: 03 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind


son xeberler yeni xeberler azerbaycan xeberleri sou xeberler ən son xəbər valyuta mezenesi en son xeberler bu gun