Elçin İsayev ABA-nı 35 illik yubiley münasibətilə təbrik etdi

Elçin İsayev ABA-nı 35 illik yubiley münasibətilə təbrik etdiBank of Baku-nun Müşahidə Şurasının sədri Elçin İsayev Azərbaycan Banklar Assosiasiyasına 35 illik yubileyi ilə əlaqədar təbriklərini bildirib və ABA-nın bank sektorundakı önəmindən bəhs edib.
azxeber.com təbrik mətnini təqdim edir:
"Azərbaycan Banklar Assosiasiyasının (ABA) fəaliyyətdə olduğu 35 il ərzində ölkə bankçılığı əhəmiyyətli inkişaf yolu keçərək mühüm nailiyyətlər əldə edib.
ABA ölkənin bütün banklarını bir çətir altında peşəkarlıqla toplayaraq strateji yanaşmaların, sektordaxili əməkdaşlıq mühitinin formalaşdırılması kimi vacib missiyanı öz üzərinə götürüb. Assosiasiya 35 il ərzində banklar arasında sanki körpü rolunu oynayıb, nəticədə, koordinasiyalı fəaliyyətin təmin olunması, ortaq maraqların qorunması və sistemli dialoq mühitinin təşviqinə nail olub. Bir sözlə, ABA ölkəmizin bank sektorunda bir dəyər yaratmaqla özü də əvəzsiz dəyərə çevrilib.
ABA-nın təşəbbüsləri ilə aparılan müzakirələr, hüquqi və tənzimləyici sahələrdə təkliflər paketi ilə çıxış etməsi bank sektorunun yüksələn xəttlə inkişafında geniş imkanlar açıb. İnnovativ xidmətlərin tətbiqi, rəqəmsal transformasiya və maliyyə bazarlarında şəffaflığın artırılması sahəsində də ABA-nın liderlik rolu danılmazdır.
Assosiasiyanın xarici ölkələrin bankları ilə əlaqələri, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı xarici təcrübələrin öyrənilməsinə xüsusi təkan verib. Dövlət qurumları, ictimai təşkilatlarla sıx əməkdaşlıq isə bank sektorunun ölkə iqtisadiyyatında və cəmiyyətdə fəal iştirakına dəstək olub.
ABA bank sektoru üçün peşəkarların yetişdirilməsində də mühüm rol oynayıb. ABA-nın 25 ildir fəaliyyət göstərən Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkil etdiyi peşəkar təlimlər, ixtisasartırma proqramları və beynəlxalq təcrübə mübadilələri sektor üzrə ümumi peşəkarlıq səviyyəsini daha da yüksəldib.
Bank of Baku olaraq, başda Zakir Nuriyev olmaqla Azərbaycan Banklar Assosiasiyasının əməkdaşlarını 35 illik, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzini isə 25 illik yubiley münasibətilə təbrik edir, ölkənin maliyyə sisteminin inkişafında bundan sonra da qabaqcıl mövqedə olmalarını arzulayırıq".

İqtisadiyyat       Tarix: 10 aprel 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat dunya xeberleri enson xeberler xeberler az