Elçin Mirzəbəyli Bico, Qəşəd və Ləngəbiz kəndlərində – FOTO
Bu gün Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, 90 saylı Ağsu Seçki Dairəsindən deputatlığa namizəd Elçin Mirzəbəyli Ağsu rayonunun Bico, Qəşəd və Ləngəbiz kəndlərindən olan seçicilərlə görüşüb.
Görüşdə deputatlığa namizədin vəkili Elçin Şahbazov onun tərcümeyi-halı, keçdiyi yol haqqında seçiciləri məlumatlandırıb.
Görüşdə çıxış edən, əslən Bico kəndindən olan altıqat Avropa çempionu, dünya çempionatı və İslam Həmrəylik Oyunlarının mükafartçısı Elçin Eminov seçiciləri Elçin Mirzəbəyliyə səs verməyə çağırıb.
Sonra Mətbuat Şurası İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deputatlığa namizəd Elçin Mirzəbəylinin peşəkar fəaliyyətindən söz açıb, onun yüksək mənəvi keyfiyyətlərə malik bir insan olduğunu bildirib.
Tanınmış jurnalist Anar Jusifoglu isə qeyd edib ki, Elçin Mirzəbəyli öz öhdəliklərinə, prinsiplərinə sadiq qalan səmimi bir insandır və seçicilər ona etimad göstərəcəkləri təqdirdə öz işinin öhdəsindən məsuliyyətlə, yüksək peşəkarlıqla gələcək.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, azxeber.com portalının rəhbəri Hacıbəy Heydərli deptatlığa namizəd Elçin Mirzəbəylinin hər zaman gənclərin yanında olduğunu, onlara dəstək verdiyini bildirib.
Daha sonra çıxış edən deputatlığa namizəd Elçin Mirzəbəyli qeyd edib ki, müstəqillik tariximizdə parlament seçkiləri ilk dəfədir ərazi bütövlüyü, suverenliyi təmin edilmiş Azərbaycanda keçirilir və bunun böyük mənəvi və siyasi əhəmiyyəti var. Bizə tarixi Zəfərimizi bəxş edən insanlara dərin minnətdarlıq hissini dilə gətirən deputatlığa namizəd bildirib ki, qələbədən və suverenliyimizin bərpasından sonra yeni bir şərait yaranıb və ölkə həyatının bütün sahələrində çalışan insanlar öz fəaliyyətlərini böyük Zəfərin ruhuna uyğun şəkildə həyata qurmalıdırlar.
Daha sonra deputatlığa namizəd seçki platformasının əsas istiqamətləri ilə bağlı seçicilərə məlumat verib, onların suallarını cavablandırıb.










Tramp Hörmüz boğazından neft tankerlərinin hərəkətinin bərpa olunduğunu açıqladı
Şuşa Bəyannaməsi: Azərbaycan–Türkiyə birliyinin siyasi və strateji təntənəsi
Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi
İlham Əliyev: 'Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək
Dünya bazarında neft ucuzlaşdı
"Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ
Hakan Fidan Rusiyaya səfər edəcək
Elçibəy Heydər Əliyevə üç dəfə xüsusi təyyarə göndərmişdi
Sumqayıtda 4000 manatlıq qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən saxlanıldı
Ucarda 62 yaşlı kişi küçədə öldü
Gəncədə iki avtomobil toqquşub - Xəsarət alanlar var
Böyük müharibə başlayacaq: İsrail təcili HƏRƏKƏTƏ KEÇDİ
Zelenski G7 sammiti çərçivəsində Putinlə danışıqlar aparmağı təklif etdi
Zelenski-Tramp görüşü: Müharibənin taleyi necə dəyişəcək?
Köçəryanın maskasını yırtan tarixi ifşa - Tanınmış jurnalistdən maraqlı yazı