Elektromobil sahiblərinin NƏZƏRİNƏ - Yeni qərar İMZALANDI

Elektromobil sahiblərinin NƏZƏRİNƏ - Yeni qərar İMZALANDI</p> 
 <p>Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası "Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək istəyən sığortaçıların İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba ödədikləri birdəfəlik pul vəsaitinin məbləğinin və Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən bu sistem üzrə tətbiq ediləcək sığorta haqlarının müəyyən edilməsi barədə" qərarında dəyişiklik edib.
KONKRET.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, Azərbaycandan Türkiyə, İran, Belarus, Moldova, Rusiya, Ukraynaya və bu sistemə daxil olan digər ölkələrə gedən Azərbaycan qeydiyyatlı elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri üçün "Yaşıl Kart"ın müddətdən asılı olaraq qiymətləri (sığorta haqları) müəyyənləşib.
Belə ki, Azərbaycandan Türkiyə və İrana gedən elektromobillər üçün 1 aylıq sığorta haqqı 15 manat, 3 aylıq sığorta haqqı 40 manat, 6 ay aylıq sığorta haqqı 60 manat, 12 aylıq sığorta haqqı 80 manat, Belarus, Moldova, Rusiya və Ukraynaya gedən elektromobillər üçün 1 aylıq sığorta haqqı 12 manat, 3 aylıq sığorta haqqı 35 manat, 6 aylıq sığorta haqqı 60 manat, 12 aylıq sığorta haqqı 70 manat, digər ölkələrə gedən elektromobillər üçün isə 1 aylıq sığorta haqqı 35 manat, 3 aylıq sığorta haqqı 60 manat, 6 aylıq sığorta haqqı 80 manat, 12 aylıq sığorta haqqı 150 manat müəyyən edilib.
Bundan başqa, yeni qərarla texnoloji nəqliyyat vasitələri və bu kateqoriyadan olan digər mexaniki avtonəqliyyat vasitələri üçün "Yaşıl Kart"ın müddətdən asılı olaraq qiymətləri (sığorta haqları) müəyyənləşib. Belə ki, Türkiyə və İrana gedən nəqliyyat vasitələri üçün 1 aylıq sığorta haqqı 25 manat, 3 aylıq sığorta haqqı 45 manat, 6 aylıq sığorta haqqı 75 manat, 12 aylıq sığorta haqqı 100 manat, Belarus, Moldova, Rusiya və Ukraynaya gedən nəqliyyat vasitələri üçün 1 aylıq sığorta haqqı 20 manat, 3 aylıq sığorta haqqı 40 manat, 6 aylıq sığorta haqqı 60 manat, 12 aylıq sığorta haqqı 80 manat, digər ölkələrə gedən nəqliyyat vasitələri üçün isə 1 aylıq sığorta haqqı 60 manat, 3 aylıq sığorta haqqı 110 manat, 6 aylıq sığorta haqqı 180 manat, 12 aylıq sığorta haqqı 250 manat müəyyən edilib.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Sosial       Tarix: 08 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeberler xeber cəbhədən ən son xəbər cəbhədən son xəbərlər