Elektromobillərin sığorta tarifinin artırılmasının səbəbi açıqlandı
Azərbaycan Mərkəzi Bankı elektromobillərin icbari sığorta tarifinin artırılmasının səbəbini açıqlayıb.
KONKRET.az xəbər verir ki, AMB-dən verilən məlumata görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında baza sığorta haqqı məbləği 50 manat olaraq müəyyən edilib. Qaydalara edilmiş son dəyişikliyə əsasən elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri növü üzrə əmsal olaraq 1.5 müəyyən edilib.
Qeyd edilib ki, əmsalın müəyyən edilərkən dövlətin ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması siyasəti rəhbər tutulub. Bundan əlavə, dövlət qeydiyyatına alınmış elektromobillərin enerji tutumu və at gücü göstəriciləri üzrə təhlillər aparılıb, onların təqsiri üzündən baş vermiş hadisələrin tezliyi və ağırlığı nəzərə alınaraq bu növdən olan bütün minik avtomobillərinə münasibətdə vahid yanaşma tətbiq edilib.
Xatırladaq ki, sığorta tarifinin 1.5 əmsala qaldırılması elektromobillərin baza sığorta haqqını 50 manatdan 75 manata yüksəldib. Bununla da, elektromobillərin sığorta tarifi 1.5-2l. mühərrik həcmli avtomobillərin sığorta tarifi ilə eyniləşdirilib.APA
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR