Ələt Azad İqtisadi Zonasında bir neçə əczaçılıq fabriki tikiləcək
"Dərman istehsalı məsələsində biz xeyli geri qalmışıq. Səhiyyə naziri ilə danışıqlar olub, Ələt Azad İqtisadi Zonasında bir neçə əczaçılıq fabrikinin tikilib istifadəyə verilməsi nəzərdə tutulub".
KONKRET.azxəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
"Məndə olan məlumata görə, artıq bununla əlaqədar İsrail, qardaş ölkə Türkiyə və digər dövlətlərdən mütəxəssislər də Azərbaycana gəlib. Yəni, artıq bu işlərə başlanılıb. Ölkəmizdə bəzi tibbi ləvazimatların istehsalı var. Belə kiçik müəssisələrin sayı çox azdır", – komitə sədri bildirib.
Komitə sədri vurğulayıb ki, Azərbaycanın dərman bitki ehtiyatları var:
"Bununla da bir çox dərmanları özümüz də istehsal edə bilərik. Zavod və fabriklərin yaradılması bu işə təkan vermiş olar. Xarici ölkələrdən asılılığımızı həll edə bilsək, həm dərmanların keyfiyyətinə, həm də qiymətlərin aşağı olmasına nəzarət etmiş olacağıq. Hazırda bu sahədə xaricdən asılı olduğumuzdan müəyyən problemlər yaşayırıq. Qiymətlərin yüksək olmasının obyektiv səbəbləri var. Özəl şirkətlər dərmanları aşağı qiymətə sata bilmədiklərindən ölkəyə gətirilməsində maraqlı deyillər".//Report

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Millimiz Moldova yığmasına uduzdu
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi