Əli Əsədov MDB ölkələrini Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hərbi fəaliyyətini qınamağa çağırıb
Əli Əsədov MDB ölkələrini Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hərbi fəaliyyətini qınamağa çağırıb
"Azərbaycan MDB ölkələri ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır".
APA-nın xəbərinə görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov bu gün MDB ölkələri hökumət başçılarının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı deyib.
O, Azərbaycanın MDB ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib:
"Lakin qeyd etmək lazımdır ki, MDB çərçivəsində çoxtərəfli formatda əməkdaşlıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan mümkün deyil".
Baş nazir sentyabrın 27-də başlayan hərbi əməliyyatlar barədə də iclas iştirakçılarını məlumatlandırıb. Ə.Əsədov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc şəhərlərinə ballistik raket zərbələri endirməsi nəticəsində dinc sakinlərin həlak olduğunu qeyd edib.
"MDB ölkələrini Ermənistanın Azərbaycanın dinc vətəndaşlarına qarşı keçirdiyi hərbi fəaliyyəti qınamağa çağırıram", - deyə Baş nazir vurğulayıb. /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."