Əlimirzamin Əskərov Tacikistan Milli Universitetinin tələbələrinə mühazirə oxudu - FOTOLAR

Əlimirzamin Əskərov Tacikistan Milli Universitetinin tələbələrinə mühazirə oxudu - FOTOLARAzərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov bu ölkənin nüfuzlu və tanınmış ali təhsil müəssisəsi sayılan Tacikistan Milli Universitetinin Beynləxalq münasibətlər fakültəsinin tələbələrinə "Azərbaycan-Tacikistan münasibətləri" mövzusunda mühazirə oxumuşdur. 
Tələbələrə mühazirənin oxunması üçün vətən müharibəsinin başlandığı gün - 27 sentyabr tarixi Səfirlik tərəfindən müəyyən olunmuşdur.
Şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra,  sözügedən universitetin rəhbər və müəllim heyətinin iştirakı ilə keçirilən görüş zamanı Azərbaycan barədə geniş təqdimatla çıxış edən səfir, tədbir iştirakçılarını müsəlman şərqinin ilk demokratiyası olan ölkəmizin tarixi, zəngin mədəniyyəti, neft sənayesinin inkişaf mərhələləri, müstəqilliyinin bərpasının ilk illərində qarşılaşdığı çətinliklər və buna baxmayaraq qısa müddət ərzində keçdiyi uğurlu inkişaf yolu haqqında məlumatlandırmış, həmçinin Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin inkişafında oynadığı müstəsna rol və onun ideyaları əsasında regionda həyata keçirilmiş layihələr barədə söhbət açmışdır.
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından dörd il ötdüyü, uzun illər işğal altında qalan torpaqlarımızın qəhrəman şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edildiyi, Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsinin qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğu auditoriya iştirakçılarına çatdırılmışdır.
Səfir, keçmiş münaqişə və regionun reallıqları, erməni təcavüzünün tarixi, 30 illik işğal dövründə ölkəmizin üzləşdiyi çətinliklər, ikili standartlar, 44 günlük ikinci vətən müharibəsi və Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən son dövrdə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbiləri onların nəticələri, hal-hazırda davam edən sülh prosesi, ölkəmizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, eləcə də məcburi köçkünlərin qayıdışının təhlükəsiz şəkildə həyata keçirilməsi üçün həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Soydaşlarımızın Qərbi Azərbaycandan ötən əsrin müxtəlif illərində mərhələli və kütləvi şəkildə qovulduğunu bildirən səfir, bütün bunlara baxmayaraq hər bir azərbaycanlının şüurunda Qərbi Azərbaycan torpaqlarının xatirəsinin qorunub saxlanıldığını, Qərbi Azərbaycanın bizim tarixi torpaqlarımız olduğunun tarix, şahidlər, sənədlər və xəritələrə əsasən sübut edildiyini qeyd etmişdir.
Səfir, son illərdə Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq transmilli enerji və nəqliyyat layihələrin reallaşması nəticəsində ölkəmizin beynəlxalq nəqliyyat dəhlizinə, nəqliyyat mərkəzinə çevrilməsi və bunun həm region, həm də bütün Avrasiya miqyasında geosiyasi proseslərə müsbət təsirlərindən bəhs etmiş, habelə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji zonalarının yaradılması, bu ərazilərdə ekosistemin bərpasına töhfə verən "ağıllı şəhər" və "ağıllı kənd" kimi innovativ yanaşmaların tətbiq edilməsi barədə məlumat vermişdir. 
Bununla yanaşı, səfir mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının 2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilməsi ilə bağlı qərarın dünya ictimaiyyəti tərəfindən ölkəmizə göstərilən etimadın növbəti ifadəsi olduğunu qeyd etmiş, bu sahədə görülən hazırlıq işləri və qəbul olunan sənədlər barəsində məlumat vermiş, Azərbaycanda ətraf mühitin qorunması və ölkənin iqlim dəyişmələrinə qarşı qlobal mübarizəyə verdiyi töhfələrdən bəhs etmiş və Tacikistanın da iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə xüsusi diqqət yetirdiyini vurğulamışdır. 
Bundan əlavə, səfir Azərbaycan ilə Tacikistan arasındakı ikitərəfli əlaqələrə toxunaraq, qarşılıqlı fəaliyyətin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış hər iki xalqın iradəsi dayandığını, 1990-cı illərdə Azərbaycan və Tacikistanın böyük çətinliklərlə üzləşdiyini, lakin hər iki ölkənin müdrik rəhbərləri sayəsində qanlı səhifələri çevirərək inkişaf və tərəqqi yoluna qədəm qoyduğunu, bu gün dövlətlərarası münasibətlərimizin ən yüksək səviyyəyə çatdığını, münasibətlərin inkişafında Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Tacikistan Prezidenti cənab Emoməli Rəhmonun xüsusi və etibarlı dostluq münasibətlərinin mühüm rol oynadığını, iki dövlət arasında Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanmasının Azərbaycanla Tacikistan arasında möhkəm dostluq münasibətlərinin yüksək səviyyəsini əks etdirdiyini, hər iki ölkənin bir-birini həm ikitərəfli həm də beynəlxalq arenada daima dəstəklədiyini bildirmiş, son dövrlərdə həyata keçirilən qarşılıqlı səfərlər, ölkələrimiz arasında mədəniyyət, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də xarici tələbələr üçün ölkəmizdə mövcud olan təhsil imkanları, təcrübə və təqaüd proqramları barədə məlumat vermişdir. 
Səfir, ölkələrimiz arasında siyasi, iqtisadi, parlament, mədəniyyət, ticari-iqtisadi sahədə əlaqələrin mövcud olduğunu, Azərbaycan ilə Tacikistan arasında birbaşa uçuşların fəaliyyətinin bərpa edildiyini və  bunun ölkələrimiz arasında iqtisadi və turizm əlaqələrinin dərinləşməsinə, eləcə də xalqlarımız arasındakı əlaqələrin daha da güclənməsinə təkan verəcəyini ifadə etmiş, habelə Düşənbədə azərbaycanlı heykəltəraşların əsərlərinin mövcud olması, şəhərlər arasında Qardaşlaşma haqqında memorandum imzalanması barədə məlumat vermişdir.
Tacikistan gəncliyinin ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçildiyini və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində onların mühüm rol oynadığını bildirən səfir, tələbələrə gələcək işlərində uğurlar arzulamışdır.
Ölkəmiz haqqında verilən məlumatlar auditoriyanın geniş marağına səbəb olmuş və ünvanlanan bir sıra suallar cavablandırılmışdır.
Əlimirzamin Əskərov Tacikistan Milli Universitetinin tələbələrinə mühazirə oxudu - FOTOLARƏlimirzamin Əskərov Tacikistan Milli Universitetinin tələbələrinə mühazirə oxudu - FOTOLARƏlimirzamin Əskərov Tacikistan Milli Universitetinin tələbələrinə mühazirə oxudu - FOTOLARƏlimirzamin Əskərov Tacikistan Milli Universitetinin tələbələrinə mühazirə oxudu - FOTOLARƏlimirzamin Əskərov Tacikistan Milli Universitetinin tələbələrinə mühazirə oxudu - FOTOLARƏlimirzamin Əskərov Tacikistan Milli Universitetinin tələbələrinə mühazirə oxudu - FOTOLARƏlimirzamin Əskərov Tacikistan Milli Universitetinin tələbələrinə mühazirə oxudu - FOTOLARƏlimirzamin Əskərov Tacikistan Milli Universitetinin tələbələrinə mühazirə oxudu - FOTOLARƏlimirzamin Əskərov Tacikistan Milli Universitetinin tələbələrinə mühazirə oxudu - FOTOLARƏlimirzamin Əskərov Tacikistan Milli Universitetinin tələbələrinə mühazirə oxudu - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 29 sentyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az son xeberler cəbhədən son xəbərlər 2026 son xeberler bugun sonxeber.az