"Əlində iki bıçaq olub, arxadan qızıma hücum edib" - Sabiq başçının oğluna dəhşətli ittiham

"Əlində iki bıçaq olub, arxadan qızıma hücum edib" - Sabiq başçının oğluna dəhşətli ittihamDünən Bakıda parkda keçmiş arvadına 16 bıçaq zərbəsi vuran, Şuşa şəhər icra hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənov bundan öncə də oxşar cinayəti törədibmiş. O, bir neçə il əvvəl də arvadı Dilarə Bəhmənovaya 11 bıçaq zərbəsi ilə xəsarət yetirib.
Open.az xəbər verir ki, D.Bəhmənovanın anası Elmira Zeynalova "Qafqazinfo"ya açıqlamasında bildirib ki, qızı ilə keçmiş kürəkəni 17 il evli olublar:
"Onların 15 yaşlı qızı, 20 və 6 yaşlı iki oğlu var. Ceyhun dindar idi, evlənən kimi qızımı hicab bağlamağa məcbur etdi. Qızı olanda ona da zorla hicab bağlatdırmışdı, onu məktəbə getməyə qoymurdu. Bu illər ərzində daim ailəsinə zülm verib, onları evdən çölə buraxmırdı. Oğlunun 16 yaşı olanda namaz qılmaqdan imtina etdiyi üçün evdən qovmuşdu. Mən və xalaları onu götürüb saxladıq, indi Avropada təhsil alır.
Ceyhun bir dəfə qızıma 11 bıçaq zərbəsi vurmuşdu, atası Nazim sağ olduğu üçün onun köməkliyi ilə azadlığa buraxılmışdı. Ceyhun daim qızımı təhdid edirdi, onu bizi öldürəcəyi ilə hədələyirdi. Biz də dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etmişdik. Amma bizə deyirdilər ki, təhdidə görə heç kimi həbs edə bilmərik, hələ ki, sizə heç nə etməyib. Ceyhun qızına və azyaşlı oğluna zülm edirdi, onları təhqir edirdi. Bunlar başlayanda artıq qızım dözmədi, boşanmaq istədiyini bildirdi. Özünə edilənlərə isə illərlə dözmüşdü. Qızım boşanmaq istəyəndə Ceyhun buna qarşı çıxdı, boşanacağı təqdirdə hamımızı öldürəcəyini demişdi.
Qızım Dilarə ondan boşandı və imtahan verərək Naxçıvanda ibtidai sinif müəllimliyinə qəbul oldu. Uşaqlarını götürüb ora getmişdi, özünün də, qızının da hicabını açmışdı. Uşaqlarını məktəbə qoymuşdu, normal həyatına davam edirdi, özü də müəllim işləyirdi. Üç gün əvvəl qızını həkimə göstərmək üçün Bakıya gəlib. Onların yerini Ceyhuna kimin dediyini bilmirik. Amma Dilarə qızı ilə poliklinikadan çıxanda Ceyhun arxadan ona hücum edib və 16 bıçaq zərbəsi vurub. Zərbələr Dilarənin əllərini, ağciyərini parçalayıb, qabırğalarını sındırıb, böyrəyini, beynini zədələyib. Üç bıçaq zərbəsi qızımın ürəyinin altından dəyib. Ceyhunun əlində iki bıçaq olub və eyni vaxtda hər ikisi ilə zərbələr vurub. Daha sonra qızını tutaraq zorla özü ilə aparmaq istəyib, amma qızı çıxaraq Dilarənin yanına gəlib. Təcili tibbi yardım gələnə kimi qızı Dilarənin boğazındakı yaraları əlləri ilə tutaraq qanın axmasının qarşısını almağa çalışıb.
İndi qızımı "Semaşko"dan çıxarıb özəl xəstəxanaya yerləşdirmişik, lakin həkimlər yaşayacağına ümid olmadığını deyirlər. Biz istəyirik ki, qızımı bu hala salan insana layiqli cəza verilsin".
"Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, C.Bəhmənov barəsində artıq məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə başlanan cinayət işi, CM-nin 126.2.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsinə tövsif edilib.
Qeyd edək ki, Ceyhun Bəhmənov Şuşa şəhər icra hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğludur. /open.az

Hadisə       Tarix: 05 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb. Yaralı Naxçıva

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Milyarderin oğlu dayanacaqda öldürüldü – FOTO

Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb. -a istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə

Bakı məktəbində faciə: 7-ci sinif şagirdi…

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.  bildirir ki, -ın əldə etdiyi məlumata görə, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb. Hadisə nəticəsində şagird həyatın

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU

Bakıda qadına cinsi zorakılıq edib pulunu ələ keçirən şəxs saxlanılıb. -a istinadən xəbər verir ki, Yasamal rayon sakini G.H. polisə müraciət edərək Araz Ayaz oğlu Babayevin ona qarşı cinsi zorakılıq etdiyini, daha sonr


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az 2026 idman xeberleri bugünkü son xəbərlər sonxəbərlər