Əlində qumbara partlayan Vətən Müharibəsi iştirakçısı ÖLDÜ - YENİLƏNİB
DİN-in mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfər kənd sakini-1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-dən KONKRET.az-a verilən məlumata görə, həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov həlak olub.Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, həlan olan şəxs Vətən müharibəsi iştirakçısıdır.
23:30
Zaqatalada Vətən Müharibəsi iştirakçısının əlində qumbara partlayıb, vəziyyəti ağırdır.
KONKRET.az xəbər verir ki, hadisə axşam saat 22 radələrində rayonun Yengiyan kəndinin mərkəzində baş verib. Kənd sakini, 1994-cü il təvəllüdlü Həmid Oruc oğlu Gülməmədovun əlində qumbara partlayıb.
Hadisə nəticəsində ağır xəsarət alan H. Gülməmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) təcili yardım briqadasının əməkdaşlarının müşayəti ilə xəstəxanaya aparılıb.
Hazırda Zaqatala rayon hüquq-mühafizə orqan əməkdaşları hadisə yerində araşdırma aparır.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi