"Əliyev artıq istədiyinin 70%-ni alıb, qalıb 30%" - Erməni politoloq

"Ermənistanın xarici siyasəti Cənub, Şimal və Şərqə yönəlməlidir".
KONKRET.az xəbər verir ki, belə fikirlə erməni politoloq Qriqor Balasanyan çıxış edib.
O bildirib ki, İran, Rusiya və Çin İrəvanın əsas xarici siyasət istiqamətləri olmalıdır. Çünki bu üçbucaqda Ermənistanın bir dövlət kimi xilası var.
"Qərb beş il ərzində göstərdi ki, etibarlı tərəfdaş ola bilməz. Bu, Fransaya da aiddir. Çünki bu ölkə 2020-ci ilin iyulunda düşmənin 44 günlük müharibə zamanı istifadə etdiyi peykləri Azərbaycana satıb. Avropanın bizi qorumaqda marağı sıfırdır. Azərbaycanı qorumaq üçün isə çoxlu motivlər var. İlk növbədə bu mavi yanacaqdır, ona görə ki, qarşıda qış gəlir".
Balasanyanın fikrincə, Azərbaycan öz siyasətini ardıcıl olaraq həyata keçirir.
"Dağlıq Qarabağ məsələsində anakonda üsulundan istifadə edir, qurbanı təslim olana qədər sıxır. Belə bir siyasətin məqsədi odur ki, hakimiyyət sadəcə təhlükədən qurtulmaq üçün hər şeyi verməyə hazır olsun".
Eyni zamanda, Balasanyanın sözlərinə görə, Ermənistan tərəfdən heç kim Azərbaycanın planlarının həyata keçirilməsinə mane olmur.
"Ermənistan qurban mövqeyini tutub deyir ki, mənimlə nə istəyirsən et. Əliyev artıq planlaşdırılanın 70%-ni alıb, 30%-i qalıb, belə davam etsə, o, 30%-ni də alacaq. Çünki Əliyevin arxasında Qərb dayanır, ermənilər isə hələ də Qərbdən dəstək gözləyirlər", – deyə ekspert qeyd edir.
Göründüyü kimi, revanşist ermənilərin sərsəm şərhləri davam edir.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 28 avqust 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma


azerbaycan xeberleri son xeberler yeni xeberler zelzele cəbhədən görüntüleri oxu.az xeberler sonxeberler