"Əliyevin o cür qarşılanması Nikola siqnal idi" - Solonnikov

"Azərbaycanın Ermənistan istisna olmaqla, Avrasiya İiqtisadi İttifaqı dövlətləri ilə ciddi birgə layihələri var. Əliyevin Aİİ iclasında iştirakı region dövlətlərinin, qonşu dövlətlərin qarşılıqlı fəaliyyəti, o cümlədən bu struktur çərçivəsində gücləndirilməsinə hazır olmasının siqnalıdır".
KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Solonnikov deyib.
"Azərbaycanın beynəlxalq aləmdə statusu yalnız yüksəlir, Şərqlə Qərbin kəsişməsi, nəqliyyat qovşağı kimi rolu artır. Əliyevin Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirakı Aİİ üçün yeni addımdır və bu qurumun dövlətlərinin Azərbaycanı bu strukturda görmək istədiklərini nümayiş etdirir. Azərbaycan çox güclü oyunçudur, onunla ünsiyyət qurmaq hər kəs üçün faydalıdır. Bu gün Aİİ üzvü olmayan Azərbaycan təşkilatın üzvü olan Ermənistanla müqayisə olunmayacaq dərəcədə konstruktiv tərəfdaşdır. Hətta bu sammitdə də (Moskvada ötən gün baş tutan geniş iclas – red.) bunun şahidi olduq. Liderlər Əliyevi necə də səmimi qarşıladılar. Azərbaycan liderinin qeyd etdiyi kimi, o, Aİİ-nin iclasına qonaq kimi dəvət olunub, lakin o, qonaq deyil. Aİİ iştirakçıları üçün ən vacib olan nəqliyyat kommunikasiyaları Azərbaycandan keçir. Aİİ ilə Azərbaycan arasında əməkdaşlığa gəlincə, biz hansısa kəşfdən danışmırıq. Bu, çoxdan təsdiqlənmiş bir faktın ifadəsidir. Putinin dediyi kimi, Aİİ-də nə qədər iştirak etmək Azərbaycanın öz işidir", – o bildirib.
Politoloq qeyd edib ki, Ermənistan istisna olmaqla, Aİİ-nin bütün üzvləri həmişə Azərbaycanla ən yaxın siyasi əlaqələrə malik olublar:
"Amma Bakının Aİİ-yə yaxınlaşması həm də İrəvana bir siqnaldır. Əgər Ermənistan münasibətləri yekun olaraq normallaşdırsa, Bakının tərəfdaşlarına təklif etdiyi potensialdan yararlana biləcək. Azərbaycan isə bu barədə dəfələrlə danışıb. Gələcəkdə Ermənistan da daxil olmaqla, Aİİ-nin bütün üzvlərinin Azərbaycanın potensialından istifadə etmək imkanının olacağına işarələr verilib. Əliyevin iclasda iştirakı Avrasiya İqtisadi Şurasının bütün üzv dövlətlərindən Ermənistan üçün bir siqnal idi – konstruktivliyə keçməyin vaxtıdır", – deyə politoloq əlavə edib.

Siyasi       Tarix: 26 may 2023
f Paylaş

Oxşar xəbərlər

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /


yeni xeberler son xeberler azerbaycan xeberleri bu gunun xeberleri haqqinda melumat ən son xəbərlər xeber.az son xeberler xeberler bu qun