Əliyevlə Ərdoğanın gündəmi - İki vacib məsələ
Əliyevin Türkiyə səfərinin gündəliyində iki məsələ önəmlidir.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, birincisi, İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimidir. Naxçıvanın enerji təhlükəsizliyində strateji əhəmiyyətə malik olan kəmər İran faktorunu neytrallaşdırmağa imkan verir. Muxtar vilayətin qazla təminatı Azərbaycan və İran arasında svop müqaviləsi ilə həyata keçirilib, lakin daim riskli olub.
1. 44 günlük müharibədən sonra İranın Azərbaycana qarşı aqressiv siyasətdə Naxçıvana çıxış və enerji təhlükəsizliyini rıçaqlardan biri kimi istifadə edirdi, hətta 2021-ci ildə Tehranın muxtar vilayətin qazını kəsdiyinə dair qeyri-rəsmi məlumatlar yayılmışdı;
2. İran ətrafında mümkün gərginlik xəttinin inkişafı Naxçıvanın enerji təhlükəsizliyi üçün riskli perspektilər vəd edir.
İğdır-Naxçıvan kəməri bu riskləri və İrandan asılılığı aradan qaldıracaq.
Bakı Zəngəzur dəhlizini Naxçıvana çıxış və enerji təhlükəsizliyinin təmin edilməsindəki alternativ layihə kimi nəzərdə tutur. Hərçənd, layihənin nə zaman və hansı şərtlərlə gerçəkləşəcəyi proseslərin inkişafından asılı olacaq. İğdırdan kəmərin çəkilməsi real infrastruktur imkanlarından istifadə edilməklə yanaşı, alternativ xəttin yaradılmasına da hesablanıb. Zəngəzur dəhlizi reallaşdıqdan sonra bu istiqamətdə də kəmərin çəkilməsi planlaşdırılır, lakin bu baş tutsa belə, İğdır kəməri muxtar vilayətin təhlükəsizliyinin bir mənbədən asılı olmaması baxımından strateji əhəmiyyət daşıyır.
İkincisi, Bakı və Ankara baş verən gərgin geosiyasi hadisələr fonunda "saatlarını yoxlayırlar".
Tramp Amerikasının, eləcə də ABŞ-Rusiya anlaşmasının yaradacağı geosiyasi dəyişikliklər və bunun Yaxın Şərq, Cənubi Qafqaz, Orta dəhliz coğrafiyasına təsirləri aktualdır. Əliyevlə Ərdoğanın "saatları yoxlaması"na, baş verə biləcək hadisələrə hazırlıqlı olmasına ehtiyac var.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
Doğum gününüz haqqınızda nə deyir
Bir aylıq 'qardaş' qaralama kampaniyası
Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO
Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir?
Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki