Elm və təhsil nazirinə yeni müşavir təyin olundu
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nizami Yusifli nazirin müşaviri vəzifəsinə təyin edilib.
azxeber.com xəbər verir ki, Nizami Yusifli bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Maliyyə" ixtisası üzrə alıb, magistratura təhsilini isə "Maliyyə bazarları" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə "EY Azerbaijan" (Ernst & Young) şirkətində başlayan Nizami Yusifli 2020-ci ildən etibarən Azərbaycan İnvestisiya Holdinqində (AİH) müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Peşəkar fəaliyyəti dövründə maliyyə nəzarəti, audit, dövlət aktivlərinin idarə olunması, strateji planlaşdırma, korporativ idarəetmə və investisiya sahələrində geniş təcrübə qazanıb.
Nizami Yusifli eyni zamanda bir sıra özəl müəssisələrdə rəhbər vəzifələrdə çalışıb. Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında maliyyə uçotu və korporativ maliyyə fənləri üzrə dərs deyib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma