Elm və Təhsil Nazirliyi istifadə olunmayan vəsaitlərin büdcəyə qaytarılmasından yayındı

Elm və Təhsil Nazirliyi istifadə olunmayan vəsaitlərin büdcəyə qaytarılmasından yayındıHesablama Palatası Elm və Təhsil Nazirliyi və "Əsaslı Tikinti və Təchizat İdarəsi"ndə dövlət satınalmalarının hüquqi aktlara uyğunluğuna dair aparılmış auditin nəticələrini açıqlayıb.
KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, auditin əhatə etdiyi dövrdə 666,3 mln. manat dəyərində 494 müqavilə bağlanılıb, həmin müqavilələr üzrə icra məbləği 526,0 mln. manat təşkil edib. Satınalma müqavilələri əsasında 461,1 mln. manat dəyərində mal, iş və xidmətlər alınıb, hər iki qurumda keçirilmiş satınalmaların əsas hissəsi funksional fəaliyyətlə bağlı funksiyaların yerinə yetirilməsi məqsədini daşıyıb. Auditlə ümumilikdə 411 müqavilə çərçivəsində 468,8 mln. manatı əhatə edilib.
İcra edilmiş satınalmaların rüblər üzrə bölgüsü dövlət vəsaitlərinin icrasında ahəngdarlığın təmin edilməsinin tam olaraq gözlənilmədiyini, dövlət ehtiyaclarının ödənilməsi istiqamətində satınalmaların əsas hissənin, o cümlədən bir mənbədən satınalma metodunun tətbiq edildiyi halların 40,1%-nin ilin dördüncü rübünə təsadüf etdiyini göstərir.
Ümumilikdə, bir sıra fəaliyyətin təkrarlanan və amillərin proqnozlaşdırıla bilinən olması fonunda satınalmaların bir mənbədən keçirilməsi halları davam edib, başqa sözlə, bəzi istiqamətlərdə əhatənin məlum olması satınalmaların proqnozlaşdırılmasını asanlaşdırsa da, həmin işlərin və xidmətlərin bir mənbədən satınalmalar tətbiq edilməklə alınması metodun əsaslı şəkildə seçilmədiyini vurğulamaq imkanı verib.
Bəzi hallarda hüquqi aktlarla müəyyən olunmuş funksiyaların icrasını təmin edən xidmətlərin kənar təşkilatlardan satın alınmasına və ya nəzərdə tutulmayan istiqamətlərə vəsait ödənilməsinə yol verilib, satınalmaların, eləcə də müqavilənin qüvvədə olma müddətinin funksional fəaliyyətə uyğun şəkildə planlaşdırılmaması poliqrafiya məhsullarının bir hissəsinin təhsil ilinə uyğun təmin olunmaması ilə nəticələnib.
Satın alınacaq malların, işlərin və xidmətlərin xüsusiyyətlərinin tam nəzərə alınmaması fərqli xüsusiyyətlərə malik tələbatlar üzrə bərabər ehtimal qiymətlərinin müəyyənləşdirilməsi ilə nəticələnməklə dəyər və qiymət arasında uyğunluğun təmin olunması imkanlarını məhdudlaşdırıb, bir sıra hallarda isə müvafiq hesablamaların aparılmaması dövlət ehtiyaclarının baha qiymətlərlə ödənilməsinə şərait yaradıb.
Bir sıra hallarda satınalma metodlarının tətbiq edilməməsi, bağlanmış müqavilə şərtlərinin dəyişdirilməsi, həmçinin əsas şərtlər toplusunun iddiaçıların iştirakını məhdudlaşdıran şərtlərlə tərtib olunması, eləcə də tələb olunan texniki şərtlərə cavab verməyən iddiaçıların qalib elan olunması sahibkarların bu satınalmalarda rəqabətli iştirak payının tam təmin edilməsi imkanlarını da məhdudlaşdırıb.
Audit prosesində ehtiyacların mövcud resursların real dəyərləndirilməsi aparılmadan qiymətləndirildiyi müəyyən olunub ki, bu da bir tərəfdən dövlət vəsaitlərinin əlavə istifadəsinə, digər bir tərəfdən isə 2,0 mln. manatdan çox dəyərə malik aktivlərin ildən-ilə istifadəsiz saxlanılmasına şərait yaradıb.
Bir sıra hallarda avans ödənişləri ilin sonunda həyata keçirilməklə istifadə edilməmiş vəsaitlərin büdcəyə qaytarılmaması məqsədini daşımış, əsaslandırıcı sənədlər tələb olunmadan ödənişlər həyata keçirilib.
Həyata keçirilmiş funksiyalar əsasında formalaşan maliyyə vəsaitlərinin düzgün idarə edilməməsi nəticəsində avans ödənişi ilə bağlı müəyyən edilmiş hədlər gözlənilməyib, istifadə olunmayan vəsaitlərin büdcəyə qaytarılmasından yayınmaq məqsədilə akkreditiv ödənişlər həyata keçirilib, bu isə ödənişlər və görülmüş işlər arasında uyğunluğun ədalətli qiymətləndirilməsinin məhdudlaşdırmasına səbəb olub.
Auditin nəticələri üzrə 2022-ci ilin sonunda akkreditiv hesablara yönəldilmiş vəsaitlərdən nəzarət tədbirinin sonuna qədər 12,9 mln. manat tam məbləğdə bağlanılıb, 4,2 mln. manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib və işlər yerinə yetirilib, qəbul olunmuş Kollegiya Qərarında 102,4 min manatın bərpasının təmin edilməsi ilə bağlı bənd əks olunub.

Sosial       Tarix: 06 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind


yeni xeberler son xeberler azerbaycan xeberleri futbol xeberleri son xeber xəbər.az zelzele