Elmar Məmmədyarov: "Zəngəzur dəhlizi Rusiya və Ermənistan üçün eyni əhəmiyyətə malikdir"

Elmar Məmmədyarov: Regionda kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin işə düşməsi üçün addımlar atılır. Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazirləri müavinlərinin iştirakı ilə aparılan danışıqlarda yeni detallar müzakirə edilib. 9 saat davam edən görüşdən sonra Rusiya Baş nazirinin müavini Aleksey Overçuk iclasın nəticələrini şərh edib.
"Prinsial olaraq mətn yüksək səviyyədə hazırlanıb, iki-üç uyğunsuzluq var ki, onların hələ əlavə müzakirəyə ehtiyacı var. Əsas məqam dəmiryolunun keçəcəyi coğrafi hissədir. Biz bunu elan etdik, gömrük nəzarətinin necə həyata keçiriləcəyi ilə bağlı razılığa gəldik", – deyə Overçuk bildirib.
Məsələ ilə bağlı sabiq xarici işlər naziri Elmar Məmmədyarov KONKRET.az-a açıqlama verib:
Elmar Məmmədyarov: "Zəngəzur dəhlizi haqqında gedən müzakirələrdən xəbərim var. 2020-ci il 10 noyabr sazişinin 9-cu bəndində aydın şəkildə qeyd edilir ki, Meğridən keçəcək yolu Rusiya sərhədçiləri qoruyacaqlar. Çox güman ki, 10 noyabr bəyanatında əksini tapan 9-cu bənd əsas müzakirə mövzusu olub. Bu məsələnin hansı mexanizmlər üzərində qurulacağı danışıqlardan sonra bilinəcək.
Bütün bunlara baxmayaraq, Zəngəzur dəhlizinin açılması reallıqdır və inanıram ki, bu yol tezliklə işə düşəcək. Əvvəlcə dağıdılan 42-43 km-lik ərazidə dəmiryolları bərpa ediləcək. Hamı bilir ki, Ermənistanın dəmiryolları tam şəkildə Rusiyanın idarəçiliyindədir. Həmin ərazidə dəmiryolunun tikintisini yəqin Ermənistanla Rusiya öz aralarında müəyyən edib, razılığa gələcək. Zəngəzur dəhlizinin açılması Rusiya üçün nə dərəcədə vacibdirsə, Ermənistan üçün də əhəmiyyəti o qədərdir. Ona görə də yolun bərpa edilməsinə birgə səy göstərəcəklər".
Son günlər Ermənistan dövlət rəsmilərinin səsləndirdikləri bəyanatlar Azərbaycanın əzazi bütövlüyünə təhdiddir. Ermənistan Baş nazirinin mövqeyi ilə uzlaşmayan bəyanatlar normal sayıla bilməz.
Elmar Məmmədyarovun da məsələyə münasibətini öyrəndik:
"Doğrudan da çox maraqlıdır. Ermənistanın Baş naziri bir söz deyir, onun ətrafında olan siyasətçilər ayrı fikirlər səsləndirirlər. Amma unudurlar ki, bütün dünya Qarabağ və Laçın yolu daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Paşinyan da açıqlamasında Qarabağ daxil olmaqla Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisini qəbul etdiyini bildirir".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 10 iyun 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


azerbaycan xeberleri yeni xeberler son xeberler hava cəbhədən xəbərlər son xeberler 2026 en son xeberleri