Elmar Qasımov eyvandan pul səpdi, millidən qovuldu - VİDEO (YENİLƏNDİ)

Elmar Qasımov eyvandan pul səpdi, millidən qovuldu - VİDEO (YENİLƏNDİ)Tanınmış cüdoçu, uzun müddət Azərbaycan yığmasının üzvü olmuş və müxtəlif titullar qazanmış Elmar Qasımovun küçəyə dollar səpməsini əks etdirən görüntülər birmənalı qarşılanmayıb.
Publika.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının mətbuatı xidməti açıqlama yayaraq Elmar Qasımovun intizamsızlığı ilə bağlı ona dəfələrlə xəbərdarlıq edildiyini və idmançının yığmann heyətindən artıq kənarlaşdırıldığını bildirib:
"Elmar Qasımov Olimpiya mükafatçısıdır, dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırıb. Lakin o, instaqram hesabında müxtəlif videolar paylaşır və bu görüntülər dəfələrlə etirazlara səbəb olub. Bununla bağlı onunla bir neçə dəfə danışsaq da, əhəmiyyət verməyib. Elmar Qasımova yığma komandada son şans da verdik. Onu Budapeştdə keçirilən dünya çempionatına göndərdik. Lakin orda da uduzdu və ümidlərimizi boşa çıxardı. Qasımov son paylaşdığı videoya görə milli komandadan kənarlaşdırılıb. Yığmamız Şahdağda təlim-məşq toplanışı keçsə də, o, heyətə qatılmayıb. İnstaqram Elmarın şəxsi hesabıdır və biz sırf ona hər hansı qadağa qoya bilmərik. Lakin artıq idmançı kimi millidə yer almayacaq".
xxx
11:16
"Fikir bildirməyə çətinlik çəkirəm. Amma əminliyimi ifadə etmək istəyirəm ki, o, əsl pul deyil. Videonu görməmişəm, sizdən eşitdim. Amma söhbətin nədən getdiyini başa düşürəm".
xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı milli komandanın üzvü Elmar Qasımovun binanın eyvanından dollar əskinasları səpələməsini əks etdirən video barədə danışarkən deyib.
Onun sözlərinə görə, hansısa adekvat insan ilin-günün bu vaxtı belə hərəkət etməz: "Elmar milyonçu da deyil ki, eyvandan küçəyə dollar səpsin. Bilmirəm reytinq toplayır, özünü reklam edir, yaxud nəyinsə xətrinə bu addımı atıb. Yəqin ki, həmin pullar, əskinaslar əsl deyil, saxtadır, oyuncaqdır".
Babanlı məsələyə federasiyada baxılacağını sözlərinə əlavə edib: "Biz araşdıracağıq. Onun özünü də dəvət edəcəyik və izahat tələb edəcəyik".
Elmar Qasımov eyvandan pul səpdi, millidən qovuldu - VİDEO (YENİLƏNDİ)Məşhur azərbaycanlı idmançı Bakı küçələrinə 100 dollarları belə səpdi - VİDEO
Federasiya rəsmisi Qasımovun psixologiyasında hansısa problemin olmadığını vurğulayıb: "Özünü çox yaxşı hiss edir, adekvat adamdır. Başa düşür ki, 100 kq-da onun rəqibi var. Getdikləri bütün yarışlarda rəqibi onu üstələyib. Zelim Kotsoyev yer tutanda Qasımov bunu bacarmayıb. Kotsoyev 3 görüşdən qalib ayrılanda Qasımov ilk qarşılaşmasındaca uduzub. Özü də başa düşür ki, bu şansı qaçırıb".
Babanlı məlum videonun yayılma səbəbi ilə bağlı ehtimalını da irəli sürüb: "Ola bilər ki, Elmarın məqsədi videonun kütləvi yayılması deyildi. Bəlkə də özü üçün çəkib. Kimsə bundan sui-istifadə edir və ya yayır. Belə də ola bilər. Elmar Qasımov tanınmış cüdoçularımızdandır".
Qeyd edək ki, Elmar Qasımov 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. O, 2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb.

İdman       Tarix: 18 iyun 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR 

FIFA prezidenti Canni İnfantino Bakıda U-15 dünya çempionatı və festivalının təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. xəbər verir ki, o, bununla bağlı İnstaqram hesabında paylaşım edib. Canni İnfantin

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

Fransadakı iğtişaşlar NFL-ə də təsir etdi - Trampdan matç ilə bağlı təklif

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən iğtişaşlarla əlaqədar Parisdə keçirilməsi planlaşdırılan NFL matçının təxirə salınmasını təklif edib. xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına görə, Tram

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az cəbhədən son görüntülər en son xeberler bu gun zelzele