Elmir Vəlizadə: "Azərbaycanda ASAN və DOST mərkəzləri yaradılıb və modelləri bəzi ölkələrə təqdim edilir
"Son dövrlərdə kritik informasiya infrastrukturu sahəsi üzrə normativ hüquqi sənədlər bazasının formalaşdırılması və əməli tədbirlərin həyata keçirilməsi sahəsində addımlar atılır".
Bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə Bakıda keçirilən dövlət qurumlarının İT rəhbərlərinin II zirvə toplantısında deyib.
Onun sözlərinə görə, artıq informasiya sistemləri ölkəmizdə kritik əhəmiyyətli sistemlər səviyyəsinə gəlib çıxıb:
"Bu, onun vacibliyini gündəlik həyatımızda olan önəmini göstərir. 2003-cü ildə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilən zaman ilk səfərini Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Samitinə edib və orada çıxışı zamanı Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin ölkəmiz üçün prioritet olduğunu bəyan etmişdi. Keçən 20 il dövründə bunun real şahidi olduq".
O bildirib ki, Azərbaycanda ASAN və DOST mərkəzləri yaradılıb və modelləri bəzi ölkələrə təqdim edilir:
"Bu sahədə vacib texnologiyaların tətbiqi, milli standartlarımızın işlənməsi və tətbiq edilməsi bizim üçün vacibdir".
E.Vəlizadə əlavə edib ki, informasiya təhlükəsizliyi üzrə əlaqələndirici komissiya mövcuddur:
"Bütün strateji məsələlərə baxılır və qərarlar qəbul olunur". / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"