Elnur Soltanov: "Türkiyədə yaradılacaq qovşağa təbii qaz nəql edə bilərik"
Azərbaycan Türkiyədə yaradılması planlaşdırılan təbii qaz qovşağına "mavi yanacaq" nəql etməyə hazırdır.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov bildirib.
"Əgər bu cür tədarüklər ölkədə fəaliyyət göstərən xarici şirkətlər üçün faydalı olarsa, Azərbaycan Türkiyədəki qovşağa qaz verə bilər", – deyə o, qeyd edib.
Nazir müavini xatırladıb ki, Azərbaycanda qaz hasilatı ilə əsasən "Şahdəniz" beynəlxalq konsorsiumu məşğul olur: "Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) də həmin konsorsiumda təmsil olunur. Lakin qaz nəqli oradakı digər şirkətlər üçün iqtisadi baxımdan əsaslandırılmalıdır. Bundan pul qazanmaq mümkündürsə, onlar hazır olacaqlar".
Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetrdir.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var