Elşad İsgəndərov: "Ermənistan beynəlxalq hüququ pozaraq dəqiq mina xəritələrini Azərbaycana vermir

Elşad İsgəndərov: "Ermənistan beynəlxalq hüququ pozaraq hələ də dəqiq mina xəritələrini Azərbaycana vermir".
azxeber.com xəbər verir ki, bunu Cenevrədə Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Konvensiyanın 2023-cü il sessiyalararası görüşü çərçivəsində LINKS Avropa Fondunun təşkilatçılığı və Avropa Birliyinin dəstəyi ilə "Minalardan azad Cənubi Qafqaz" mövzusunda tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov məruzəçi qismində çıxışında deyib.
Elşad İsgəndərov 30 ilə yaxın davam edən işğal nəticəsində ölkəmizin 10% -ə yaxın ərazisinin Ermənistan tərəfindən məqsəqyönlü şəkildə minalarla çirkləndirildiyini, sözügedən ərazilərdə 1 milyon yarımdan artıq minanın basdırıldığını diqqətə çatdırıb.
Ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının davam etdirilməsinin bölgədə dayanıqlı sülhün əldə olunmasına, aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdən biri olduğunu vurğulayan E.İsgəndərov mina qurbanlarından söz açıb. Təkcə 2020-ci ilin noyabr ayından indiyənədək işğaldan azad edilmiş ərazilərdə baş vermiş 179 insident nəticəsində 57 vətəndaşımızın həlak olduğunu, 247-sinin isə ağır yaralandığını bildirib.
Çıxışda, həmçinin Ermənistanın beynəlxalq humanitar hüququn tələblərini pozaraq Azərbaycana hələ də dəqiq mina xəritələrini verməkdən boyun qaçırdığı vurğulanıb. Mövcud çətinliklərə baxmayaraq Azərbaycanın minalarla çirklənmiş ərazilərinin artıq onda birini təmizlədiyi bildirilib. Bu xüsusda, beynəlxalq həmrəyliyin göstərilməsinin vacibliyi, həmçinin ölkəmizin beynəxalq təşkilatlarla əməkdaşlığa hazır olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə habelə Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Konvensiya sədrliyinin nümayəndəsi Albreöt von Vittke, Avropa Birliyi Nümayəndəliyinin tərksilah şöbəsinin müdiri Marketa Homolkova, Gürcüstanın BMT-nin Cenevrə Mərkəzi nəzdində daimi nümayəndəsi Alexander Maysuradze, LİNK Avropa Fondunun icraçı direktoru Dennis Sammut çıxış edib. Natiqlər minaların Cənubi Qafqaz regionunda dayanıqlı sülh və inkişafa ciddi maneə olduğunu, bu böyük humanitar problemlə bağlı beynəlxalq həmrəyliyə ehtiyac duyulduğunu vurğulayıblar. Bu səpkidə dəyərləndirmə və yardım üzrə maraqlı tərəflərin iştirakı ilə beynəlxalq konfransın təşkil edilməsinin vacibliyi qeyd olunub.

Siyasi       Tarix: 20 iyun 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər son xeber az cəbhədən son xəbərlər 2026 hava haqqinda