Əməkdar artist Dilarə Əliyeva: "Oqtay gücünü mənə verib

Əməkdar artist Dilarə Əliyeva: Əməkdar artist Dilarə Əliyeva: "Oqtay gücünü mənə verib"
"Oqtay Əliyevin adı ilə bağlı televiziya üçün mükafat tərtib etmək istərdim. İl ərzində televiziyada sözün əsl mənasında fərqlənənləri, sözünü deyə bilənləri, işini bacaranları həmin nominasiya üzrə mükafatlandırmaq istərdim. Fərq etməz, bu İncəsənət Universitetində, İncəsənət Gimnaziyasında, akademik sənət dərsləri öyrədən bir məktəbdə tələbələrə təqdim oluna bilər".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva verilişlərin birində mərhum həyat yoldaşı, tanınmış prodüser Oqtay Əliyev haqda danışarkən deyib.
Aktrisa onun gücünü özündə hiss etdiyini qeyd edib:
"Televiziya sahəsində Oqtaydan çox şey öyrənmişəm. Əgər bu gün işlər yaxşı gedirsə, o deməkdir ki, Oqtay yaxşı müəllim olub. Mən də yaxşı tələbə olmuşam, bu gün də öyənirəm. İnsan hətta işini bilməyəndən də nəsə öyrənir, başa düşür ki, nəyi etmək olmaz. Oqtay gücünü də mənə verib gedib. Onda "bu alınmır", "olmaz", "bilmirəm nə edim" kimi kəlmələr yox idi. Elə bir çıxılmaz məqam olur ki, onun gücü mənə gəlir və fikirləşirəm ki, Oqtay olsaydı, vəziyyətdən belə çıxacaqdı. 
Ən güclü xarakteri insanlara dəstək olmaq idi. O zənglər ki, Oqtaya gələrdi, kömək istəyərdilər, indi də davam edir, ünvan dəyişməyib. Mən də heç kimə yox deyə bilmirəm, hamıya qulaq asıram, bacaranda kömək edirəm, bacarmayanda isə ürəyim yanır ki, yardım edə bilmədim".
Qeyd edək ki, O.Əliyev ötən il martın 22-də avtomobil qəzasında dünyasını dəyişib. Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. D.Əliyeva xəsarət almayıb, M.Zəki isə müalicədən sonra evə buraxılıb.  / oxu.az

Şou Biznes       Tarix: 09 fevral 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 canli sou xeberler bugun şou biznes xəbərləri sonxabar