Əməkdar artist Dilarə Əliyeva: "Oqtaydan sonra ömrüm boyu belə olacaq

Əməkdar artist Dilarə Əliyeva: Əməkdar artist Dilarə Əliyeva: "Oqtaydan sonra ömrüm boyu belə olacaq"
"Oqtayın vəfatından sonra yarımçıq qalan işlər, arzular çoxdur. Hazırda onları yaratmaq yox, yarıtmaqla məşğulam".
Bu fikirləri Kult.az-a müsahibəsində Əməkdar artist, aparıcı, aktrisa Dilarə Əliyeva deyib.
- Dilarə xanım, deyirlər, insan hər şeyə öyrəşir. Oqtay bəyin yoxluğuna öyrəşə bilirsinizmi?
- İnsan sevdiyinin ruhunu şad etmək üçün həyatına davam edir, həm də onu yaşatmaqla yaşayır. Bu, sənin həyat tərzin olur, belə yaşamağa başlayırsan. Biz olumlu-ölümlü dünyada yaşayırıq. Nə qədər buna hazır olmasaq da, hər kəsin bu cür itkisi olur. Başqa bir həyatımız yoxdur - zamanla bunu anlayırsan. Bu barədə düşünmək də istəmirsən, amma yaşamağa davam edirsən.
- Oqtay bəyin vəfatından sonra işlər hansı istiqamətdə irəlilədi? Ağrınız çox olsa da, ayağa tez qalxmağı bacardınız. Hazırda nə edirsiniz? Oqtay bəyin yarımçıq qalan işləri, ya özünüzün yeni fəaliyyətiniz varmı?
- Əlbəttə ki, yarımçıq qalan işlər, arzular çoxdur. Hazırda onları yaratmaq yox, yarıtmaqla məşğulam. Bu işlər də məni toparlanmağa kömək etmiş olur. Oqtayın gördüyü bütün layihələr qaldığı yerdən davam edir. "SOY production"ın ərsəyə gətirmək ənənəsi var idi. Məsələn, "Cin atı" filmimiz kinoteatrlarda yayımlandı. Özəl film sektorunun tələblərinə uyğun çəkilmiş filmdir. Əlavə olaraq öz işimdə də irəli getmək üçün addımlar atdım, mədəni layihələr oldu. Oqtayın da baş prodüseri olduğu "Hoqqa" filmi Özbəkistanın "Renesans" kanalında özbək dilinə dublaj olundu, yayımlandı. İşlər yenə də çoxdur. "SOY production"da yeni layihələr də açıldı. Danışıqlar gedir, "stand-up" konsert olacaq. Əsas odur ki, mənim ən böyük görəcəyim iş Oqtaydan bizə qalan yadigarlarını - onun doğmaları, əzizləri, valideynlərini göz bəbəyim kimi qoruyuram, üstlərində əsirəm, bir ömür boyu da belə olacaq.
- Dilarə xanım, siz həm aparıcı, həm də aktrisa kimi fəaliyyət göstərmisiniz. Daha çox çal-çağırlı veriliş, obrazlarla xatırlanırsınız...
- Elədir, amma aktrisa kimi dram obrazlarına da çəkilmişəm.
- "Cavid ömrü" filmindəki həyat yoldaşı Müşkünaz obrazı?
- O filmə dəvət alanda bir çoxları birmənalı qarşılamadı. Məni daha çox komediyada gördükləri üçün Müşkünaz obrazını mənə yad gördülər. Amma sonra fikirlər dağıldı, dedilər, daha çox dramatik rollarda görmək istəyərdik, nəinki komediya. Hesab edirəm ki, komediya janrında da ciddi olmaq lazımdır. Mənim üçün ən ciddi janr komediya janrıdır. Orada doğru-dürüst olmaq, həddini aşmamaq, harada dayanmağı bilmək lazımdır. Əsas olan materialın önəminin olmasıdır, janrın yox.
- "Hoqqa" filmi də birmənalı qarşılanmamışdı. Deyirdilər, kommersiya xarakterlidir, bayağılıq var.
- Doğrusu, ilk dəfədir belə bir fikir eşidirəm, o da elə sizdən. Bəli, "Hoqqa" filmi kommersiya xarakterli filmdir. Bu cür filmləri yüksək sənət meyarları ilə müzakirə etmək, yüksək film adına təhlil etmək olmaz. Kommersiya xarakterli filmlərin öz tələbi, istəkləri olur.
- Sosial şəbəkələrdə yoxsunuz. Bir dəfə səbəb kimi çəkindiyinizi də demişdiniz ki, qəribə şərhlər yazarlar. Deyəsən, tənqiddən çəkinirsiniz…
- Kaş ki tənqid yazsınlar, tənqid yazanlarımız yoxa çıxıb. Təhqir var indi ancaq. İndiki zamanda özünü qorumaq üçün o cür adamlardan uzaq durmaq ən yaxşısıdır. Sosialdan uzaq durmaq səbəbim isə heç bu da deyil. Əslində, səbəb tapsam, olaram orada da. Maraqlı fikirlə orada olmaq daha yaxşıdır. Bunu tapanda olacağam.
- Məşhur adamlar sosial şəbəkədə gündəlik həyatlarını da paylaşırlar. Məsələn, elə öz şəkillərini, hara gedib-gəldiklərini. Amma sizin, deyəsən, belə şeylərə də həvəsiniz yoxdur.
- Təbii ki, həvəsim yoxdur, belə şeylərlə özümü yükləmək istəmirəm. Gedib oturduğun, danışdığın nələrinsə təəssüratını sosial şəbəkə yaşamağa imkan vermir. İçəri girən kimi məkanın şəklini çək, gedişatı paylaş - adamı görmək istədiyi işdən də yayındırır. Razıyam, insanlara da maraqlı ola bilər sənətçinin bu cür həyatı.
- Dilarə xanım, maraqlıdır, siz hansı roldan imtina edərdiniz? "Qırmızı xətt"iniz nədir?
- "Qırmızı xətt" - oynaya bilməyəcəyim roldur.
- Ssenari daha vacibdir, yoxsa fərqi olmamalıdır, əsas obrazı necə canlandırmaqdır ?
- Mənim üçün birinci növbədə vacib olan materialdır, ssenaridir. Əsər insanı həyəcanlandırmalıdır, sonra da sən ora nəsə qatmalısan, yeni bir söz deməyi bacarmalısan. Bunlar yoxdursa, heç.
- Bəs hansında daha rahatsınız: Aparıcı, yoxsa aktrisa?
- Açığı, bu iki sahənin içində o qədər qaynayıb-qarışıb, doğmalaşmışam ki, bu suala qəfil cavab vermək çətin oldu. Heç bir fikrim yoxdur.
- Bəlkə anlıq olaraq deyəsiniz? İlk ağlınıza hansı gəlir?
- Onda belə deyim. Mən sıradan aparıcı deyiləm, aktrisa-aparıcıyam. Hər ikisi mənim üçün eyni dərəcədədir. Həm monoloqlar söyləyən, həm də "stand-up" edən yeganə aktrisa-aparıcıyam. Bunu da danışa-danışa müəyyən etdim (gülür). / oxu.az

Şou Biznes       Tarix: 09 aprel 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Orhan Gencebaydan miras açıqlaması: "Ailəm üçün canımı verərəm

Türkiyəli ustad sənətçi Orhan Gencebay Kadir İnanırın mirasını həyat yoldaşı Jülide Kural-a vəsiyyət etməsi ətrafında yaranan müzakirələrə münasibət bildirib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Sabah"

Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi

Müğənni Nərmin Kərimbəyova "Zəfər Günü"nə yeni layihə hazırlayıb. xəbər verir ki, sənətçi, bu dəfə "Atabarı" adlı türk xalq mahnısına müraciət edib. Sözü gedən nəğmə, türk dünyasının sevilən xalq mahnıs

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

35 yaşlı müğənni xərçəngdən öldü

Amerikalı müğənni Nikol Teylor vəfat edib. O 35 yaşında dünyasını dəyişib. Ona ilk dəfə 2022-ci ildə xərçəng diaqnozu qoyulub. Nikol Teylorun üçüncü mərhələli süd vəzi xərçəngindən əziyyət çəkdiyi bildirilib. Yaxşı müalic

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

Nuran yeni layihəsini təqdim etdi

Müğənni Nuran yeni layihəsini təqdim edib. . xəbər verir ki, sənətçi növbəti dəfə 200-ci illərin əvvəllərinə üz tutub. . O, müğənni Rəqsanə İsmayılovanın ifasında populyarlaşan "Günahından keçmərəm" mahnısına yen

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi

38 yaşlı aktyor ABŞ-nin Santa-Monika şəhərində estakadadan okeana tullanıb. -a istinadən xəbər verir ki, hadisə noyabrın 16-da baş verib. Şahidlərin sözlərinə görə, hadisədən bir qədər əvvəl aktyor bir qadınla mübahisə edi


son xeberler yeni xeberler azerbaycan xeberleri butun xeberler krimnal bugun beynelxalq bank mezenne axsam.az xeberler