Əməkdar jurnalist vəfat etdi
Tanınmış jurnalist Vasif Səmədov vəfat edib.
KONKRET.az xəbər verir ki, Azərbaycanın əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib.
Vasif Səmədov 22 yanvar 1950-ci ildə Masallı rayonunda anadan olub. ADU-nun jurnalistika fakültəsini bitirib.
O, "Azərbaycan pioneri", Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, "Azərbaycan gəncləri", "Kommunist", "İzvestiya", "Possiyski fermer", "Oqonyok" və "Literaturnaya qazeta" kimi məşhur mətbuat orqanlarında çalışıb. Vasif Səmədov "Oqonyok" jurnalının və "Literaturnaya qazeta"nın Mərkəzi, Qərbi Asiya ölkələri üzrə xüsusi müxbiri və müxbir bürosunun müdiri olub. O, "Kaspiyan-İzvestiya" Beynəlxalq İnformasiya Agentliyinin təsisçisi və baş direktoru olub.
Yazıçı-publisistin həmmüəllif olduğu "Leyla Əliyeva: "Xocalıya ədalət!" (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)" üçcildliyində dərc edilən araşdırmalar aparılan tədqiqatlar nəticəsində ərsəyə gələn mühüm mənbədir.
Vasif Səmədovun adı Amerika Biblioqrafiya İnstitutunun Direktorlar Şurasının tərtib etdiyi "Dünyanın 1000 nüfuzlü şəxsi" adlı biblioqrafik sorğu kitabına daxil edilib.
Allah rəhmət eləsin!
Turlar.az [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi