Emin Əmrullayev: 'Kəlbəcər məktəbinin tikintisi 25 yaşlı inşaat mühəndisi tərəfindən aparılır
"Kəlbəcər məktəbinin tikintisinə nəzarət Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 25 yaşlı inşaat mühəndisi tərəfindən aparılır".
azxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev AzMİU-nun 50 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. Nazir qeyd edib ki, universitetin məzunu olan gənc mühəndislər işğaldan azad edilmiş ərazilərdəki quruculuq işlərində, o cümədən Qarabağ Universitetinin inşasında fəal iştirak edirlər.
"Həmin məktəbin tikintisinin ilk ili kifayət qədər mürəkkəb idi, çünki o vaxt Kəlbəcərdə hələ heç bir infrastruktur yox idi. Çox çətin şəraitdə, gənc yaşına baxmayaraq, həmin mühəndis kifayət qədər böyük və gözəl məktəbin tikintisinin bir hissəsi oldu. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu olan gənc mühəndislər Azərbaycanda yeni universitet olan Qarabağ Universitetinin inşasında da çox yaxından və böyük ürəklə iştirak edirlər".
E.Əmrullayev vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində Azərbaycan memarlarının və bu təhsil ocağının yetişdirdiyi mütəxəssislərin çox böyük zəhməti var.
Turlar.az [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma