Emin Hüseynov: "1 milyondan çox minanı təmizləmək üçün 50 ildən çox zaman lazımdır

Emin Hüseynov: Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1 milyondan çox minanı təmizləmək üçün 50 ildən çox zaman lazım olacaq.
azxeber.com report-a istinadən xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Şəhərsalma Həftəsi 2023" çərçivəsində təşkil olunan "Ümumdünya Məskunlaşma Günü" Forumunda panel çıxışında deyib.
"Minalar olan ərazidə bərpa və idarəetmə işləri çətindir. Şərqi Zəngəzur iqtisadi regionunda da dağıntılar var. 30 il ərzində nə təbiət, nə binalar, nə də abidələr salamat qalmayıb. Azərbaycanda biz xüsusi 3 hissədən ibarət koordinasiya yaratmışıq. Bu istiqamətlər müəyyən hədəfləri, strategiyaları müəyyənləşdirirlər. Həmin koordinasiya qurumlar, ekspertlər, 11 işçi qrupu arasında birgə fəaliyyəti tənzimləyir. Bütün bu işçi qrupları eləcə də mütəxəssislər siyasi elitanın qaldırdığı məsələlərə texniki həll yolları axtarırlar. Eləcə də sahəvi lokal problemlər həll edilməlidir", - Prezidentini xüsusi nümayəndəsi bildirib.
O qeyd edib ki, hər bir münaqişənin spesifik cəhətləri var: "Azərbaycanda baş verən münaqişələrdə bəzi səciyyəvi xüsusiyyətlərə toxunmalıyıq. Həmin amillər görəcəyimiz işin miqyasını, potensialını müəyyənləşdirir".
E. Hüseynovun sözlərinə görə, bərpa üçün ayrılacaq vəsait, zaman nəzərə alınmalıdır: "Amma bizim ərazilərimizin 30 illik işğalda olmasını nəzərə alaraq bəzi mühüm məqamlar var. Azad edilmiş ərazilər tamamilə dağıdılmışdı, biz buna şəhərlərin soyqırımı deyirik. 50 hektarlarla meşələr dağıdılıb və ekoterror adlandıra biləcəyimiz vəziyyət baş verib. Tarixi irs, mədəniyyət abidələri dağıdılmışdı. Bu 2-3 ilin yox 30 ilin dağıntılarıdır. Bütün bunlar məhz dünyada dördüncü sənaye inqilabının baş verdiyi dövrdə baş verib. Məhsuldarlığın artdığı dönəmdə Qarabağ iqtisadi zonası olaraq biz baş verənlərə qarşı adekvat tədbirlər görürük".

Siyasi       Tarix: 03 oktyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl


yeni xeberler son xeberler azerbaycan xeberleri cebheden xeberler xeberler bugun axsam.az xeberler hava