Emin Hüseynov: "Azərbaycan dəfələrlə sülhün qurulmasına hazır olduğunu bəyan edib"
"Azərbaycan dəfələrlə sülhün qurulmasına hazır olduğunu bəyan edib".
KONKRET.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans zamanı deyib.
Onun sözlərinə görə, Qarabağ münaqişəsi başa çatıb və Azərbaycan dəfələrlə sülhün qurulmasına hazır olduğunu bəyan edib.
"Azərbaycan sülh mesajı göndərir, ölkəmiz regionda sülh və sabitlikdə maraqlıdır. Azərbaycan regional proseslərə yaxşı inteqrasiya edə bilmiş ölkədir. Ermənistanın da bundan yararlanmaq imkanları var. Heç olmamaqdansa, gec olmağı yaxşıdır", – deyə o bildirib.
Xatırladaq ki, bu gün Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbirdə beynəlxalq beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.
Konfrans çərçivəsində "Şuşa – dirçəlişə gedən yol" və "Əməkdaşlıq, imkanlar və çağırışlar" mövzusunda iki panel müzakirələri nəzərdə tutulub.//Trend

Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi