Emrelidən ETİRAF: "Onu heç kim qəlbimdən söküb çıxara bilməz"
Azərbaycan millisinin və Polşanın "Legia" klubunun futbolçusu Mahir Emreli "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun onun karyerasındakı rolundan danışıb.
Publika.az-ın məlumatına görə, İctimai TV-yə açıqlama verən 24 yaşlı hücumçu bildirib ki, Qurban Qurbanov ona təkcə futbolu yox, eyni zamanda həyatı da öyrədib:
"Bu gün mən buradayamsa, bu, ilk öncə Qurban Qurbanovun əziyyətidir. Çox səhvlər etmişik, bəzən göz yumub, bəzən də cəzalandırıb, amma hər zaman sevgisini, dəstəyini göstərib. Bizə nə üçün məşq etdiyimizi dərk etdirib. Bəzən fikirləşirəm ki, məm "Bakı"dan sonra "Qarabağ"a gəlməsəydim, necə olardı? Mən əvvəlki Mahiri tanıyıram. Qurban Qurbanov mənə böyük qardaş, dayı, əmi, ata, bir sözlə, ailə oldu. Bu gün şükür edirəm ki, onun əlinin altından keçmişəm. Bundan sonra da nələrə nail olsam, bu, onun sayəsində olacaq. "Qarabağ", Qurban müəllim mənə təkcə futbolu öyrətmədi. "Qarabağ"a gələndə xasiyyətim fərqliydi, uşaq idim, Qurban müəllim mənə böyüməyi öyrətdi. Mənə təkcə futbolu yox, həyatı öyrətdi. Qurban Qurbanovun yeri həmişə qəlbimdədir və onu heç kim qəlbimdən söküb çıxara bilməz. O, mənim həmişə Mahir olmağımı istəyib. Qurban Qurbanov tək məni yox, bir neçəsini Azərbaycan futboluna qazandırıb".
Kurslar.az kurslar [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var