Ən ucaboy və ən bəstəboy futbolçu: FIFA müəyyənləşdirdi

Ən ucaboy və ən bəstəboy futbolçu: FIFA müəyyənləşdirdiDünya çempionatında iştirak edəcək ən ucaboy və ən bəstəboy oyunçular müəyyənləşib.
KONKRET.az xəbər verir ki, Avstriya millisinin qapıçısı Florian Viqele mundialın ən ucaboy futbolçusudur.
Boyu 2.05 metr olan qolkiper həm də bu göstəricidə yeni rekord müəyyənləşdirib. İndiyəqədərki rekord 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında çıxış edən niderlandlı qapıçı Andris Noppertə (2.03 metr) məxsus idi. F.Viqele ilə yanaşı, İngiltərə yığmasının futbolçusu Dan Bern (2.01 metr), kolumbiyalı qapıçı Alvaro Montero (2.01 metr) və Bosniya və Herseqovina millisinin müdafiəçisi Stepan Radelyiç (2.01 metr) də "nəhənglər" sırasında yer alıb.
DÇ-2026-nın ən bəstəboy futbolçusu isə Sezar Yanisdir (1.60 metr). Onu 1.64 metr boyu ilə Kurasaonun hücumçusu Ceremi Antonisse izləyir. İngiltərə millisinin üzvü Dan Bern və Sezar Yanis arasında 41 santimetr boy fərqi var ki, bu da rekord kimi qeydə alınıb. İndiyə qədər dünya çempionatları tarixində meydandakı rəqiblər arasında qeydə alınan ən böyük boy fərqi 2006-cı ildə Almaniyada keçirilən mundialda Serbiya millisinin üzvü Nikola Jiqiç ilə Fildişi Sahili təmsilçisi Bakari Kone arasında olub ki, bu göstərici 39 santimetr təşkil edib. Yeri gəlmişkən Panama və İngiltərə yığmaları yer aldıqları L qrupunun son matçında qarşılaşacaqlar.
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.

İdman       Tarix: 03 iyun 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

ÇL: "Sabah" - "Slaviya" matçına satılan biletlərin sayı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Sabah" – "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Report-a Azərbaycan təmsilçisini

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Türkiyənin tanınmış hakimi həbs edildi

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Mərkəzi Hakimlər Komitəsinə qarşı aparılan istintaq çərçivəsində saxlanılan Türkiyə Super Liqasının hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel barəsində məhkəmə qəra

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

Millimiz Litvanı məğlub edib

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv IV turda Litva yığmasını qəbul edib. 8-ci km qəsəbə stadionunda keçirilən qarşılaşma saa


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı xeberler azerbaycan maliyye xeberler bugun en son xeberler bu gun