Enerji sahəsində mövqeyi Azərbaycanla müqavilədə göstərdik
Bolqarıstan hökuməti enerji sahəsində güclü mövqe nümayiş etdirməli olduğunu anlayıb və buna görə də dərhal Rusiya təchizatına alternativ axtarmağa başlayıb. Buna misal kimi Azərbaycanla sazişi göstərmək olar. Sazişə əsasən, Bolqarıstan Azərbaycandan qaz ala biləcək, əvvəlki hökumət anlaşılmaz səbəblərdən bundan imtina edib.
azxeber.com "Report"a istinadən xəbər verir ki, bu fikirlər Bolqarıstanın Baş naziri Kirill Petkovun Almaniyanın nüfuzlu "Frankfurter Allgemeine Zeitung" qəzetindəki məqaləsində yer alıb.
Məqalədə Ukraynadakı müharibə, Rusiyanın qazının tədarükünün dayandırılması, Bolqarıstanın həmin ölkənin tədarükündən ciddi şəkildə asılı olan ölkə kimi davranışı mövzularına toxunulub.
Baş nazir vurğulayıb ki, Rusiyanın Ukraynaya hücumu bir çox dövlətləri, o cümlədən Bolqarıstanı ekzistensial seçim etmək zərurəti ilə üz-üzə qoyub: "Asılılıq və suverenlik, uzunmüddətli təhlükəsizlik və qısamüddətli sabitlik, liberal demokratiya və millətçilik arasında seçim".
Petkovun fikrincə, Rusiya qazın Bolqarıstana nəqlini dayandırmaqla bir neçə məqsəd güdüb: Avropanın bu ölkəsində sabitliyi pozmaq, Bolqarıstanı Moskvanın təsir dairəsinə qaytarmaq, Bolqarıstan kimi "ikinci dərəcəli" ölkələrin olduğunu göstərməklə Aİ ölkələri arasında nifaq toxumu səpmək.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun