Epşteynin sənədlərində qorxunc detal: 9 yaşlı qurban…

Epşteynin sənədlərində qorxunc detal: 9 yaşlı qurban…ABŞ-da ictimaiyyətə açıqlanan senzurasız Ceffri Epşteynin sənədləri bütün dünyada böyük ajiotaj yaradıb.
KONKRET.az xəbər verir ki, sənədlər Epşteynin doqquz yaşında bir uşağa təcavüz etdiyini və hələ də vəzifədə olan yüksək vəzifəli xarici dövlət məmuru ilə əlaqəli olduğunu ortaya qoyur.
ABŞ Konqresinin üzvləri tərəfindən araşdırılan sənədlər illərdir müzakirə olunan Epşteyn qalmaqalının yalnız aysberqin görünən hissəsi olduğunu ortaya qoyub. Bəzi qanunvericilər ABŞ Ədliyyə Nazirliyini (DOJ) həqiqəti gizlətməkdə günahlandırıblar.
Şəxsiyyətləri gizlədilən nüfuzlu şəxslər
Konqres üzvləri Tomas Massi və Ro Hanna sənədlərdə ən azı altı nüfuzlu şəxsin şəxsiyyətinin qəsdən gizlədildiyini açıqlayıblar. İddia olunur ki, onların arasında yüksək vəzifəli xarici siyasətçi də var.
Massi sənədlərdə adı çəkilən şəxslərdən birinin "xarici ölkədə çox yüksək vəzifəli dövlət vəzifəsi" tutduğunu bildirib. Buna baxmayaraq, şəxsin adı, fotoşəkli və bütün məlumatları sənədlərdə silinib.
Millət vəkilləri vurğulayırlar ki, bu adların niyə qorunduğuna dair heç bir məntiqi izahat yoxdur.
Ən şokedici detal: 9 yaşlı uşaq
Təmsilçi Ceymi Raskin sənədlərdə əvvəllər naməlum olan yeni qurbanların olduğunu açıqladı. Onlardan biri cəmi 9 yaşında idi.
Raskin bildirib ki, fayllarda 15, 14, 10 yaşlı uşaqlar var. Bu gün doqquz yaşlı bir uşağın adı çəkildiyini gördüm. Bu, həqiqətən dəhşətli və qəbuledilməzdir.
Ədliyyə Nazirliyinə qarşı "ört-basdır etmək" ittihamı
Massie tərəfindən paylaşılan sənədlərdən birində 18 fərqli ad tamamilə silinib. Bu adların bəziləri "1970-ci ildən əvvəl doğulmuş kişilər" kimi təsvir edilib.
Başqa bir sənəddə şəxsiyyəti gizlədilən şəxsin tanınmış, təqaüdçü bir baş direktor olduğu bildirilir. Massie reaksiya verərək deyib: "Ədliyyə Nazirliyi bu adı açıqlamalıdır."
Raskin bildirdi ki, Epsteynə kömək edən və ona dəstək verən bir çox insanın adları heç bir əsas olmadan silinib.
Şok mesaj: "İşgəncə videosunu bəyəndim"
Senzuradan çıxarılan sənədlərdən birində əvvəllər kimliyi bilinməyən bir şəxsin Epşteynə göndərdiyi mesaj aşkarlanıb:
"Haradasınız? Yaxşısınız? İşgəncə videosunu həqiqətən bəyəndim".(mənbə: musavat)

Siyasi       Tarix: 11 fevral 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə


son xeberler yeni xeberler azerbaycan xeberleri hava proqnozu cəbhədən ən son xəbər şou biznes xəbərləri bugünki xəbərlər