Əqli Mülkiyyət Agentliyi beynəlxalq konfrans keçirdi - FOTOLAR

Əqli Mülkiyyət Agentliyi beynəlxalq konfrans keçirdi - FOTOLARƏqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin təşkilatçılığı ilə "Müasir mərhələdə müəlliflərin və əlaqəli hüquq sahiblərinin hüquqlarının qorunması üzrə Kollektiv İdarəetmə Təşkilatlarının fəaliyyətləri" mövzusunda beynəlxalq konfrans keçirilib. 
azxeber.com xəbər verir ki, beynəlxalq tədbirin məqsədi müəlliflik hüququ və əlaqəli hüquqların qorunmasının təşviqi, bu sahədə əmlak hüquqlarının kollektiv əsasda idarə edən təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, müəlliflərin (hüquq sahiblərinin) və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinin, o cümlədən onların qonorar almaq hüquqlarının təmin edilməsi üçün təşkilatlar arasında təcrübə mübadiləsi və qarşılıqlı dəstəyin göstərilməsidir.
Konfransı açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov tədbirin əhəmiyyətindən danışıb. O, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə irimiqyaslı layihələrin həyata keçirildiyini vurğulayıb. S.Tapdıqov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişafın bu gün uğurla davam etdirildiyini, islahatların həmçinin əqli mülkiyyətin qorunması sahəsində aparıldığını bildirib.
Türkiyənin "Musiki Eseri Sahipleri Meslek Birliği"nin (MESAM) İdarə Heyətinin sədri Recep Ergül təşkilat haqqında məlumat veib, müəllif hüquqlarının qorunması sahəsində öz ölkəsinin təcrübəsindən danışıb.
Tədbirdə Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Xudayət Həsənlinin "Şəffaflıq – müəllif və kollektiv idarəetmə təşkilatları arasında qarşılıqlı etimadın əsas şərti kimi" mövzusunda məruzəsi dinlənilib. Məruzədə Agentlik tərəfindən ölkəmizdə fəaliyyət göstərən kollektiv idarəetmə təşkilatlarının gücləndirilməsinə dəstək göstərilməsi, yeni idarəetmə təşkilatlarının yaradılmasının təşviq edilməsi istiqamətində görülən işlərə toxunulub, əmlak hüquqlarının idarəçiliyində şəffaflıq və hesabatlılıq prinsiplərinə ciddi əməl edilməsinin vacibliyi bildirilib.
Daha sonra Rusiya Federasiyasının "Rusiya Müəllif Cəmiyyəti"nin (Российское Авторское Общество - РАО) Baş direktorunun beynəlxalq əlaqələr üzrə müavini Qriqoriy Turinçev, Türkiyənin "Musiki Eseri Sahipleri Grubu Meslek Birliği"nin (MSG) nümayəndəsi Muharrem Ömer Özgür, Özbəkistan Respublikasının "Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması cəmiyyəti"nin (UzAvtor) sədr müavini Abdumumin Yoldaşov, Azərbaycanın "Rəqəmli və Audiovizual Yayım Sənayesi" İctimai Birliyinin İdarə Heyətinin sədri Murad Babayev, "Müəllif Hüquqları Uğrunda İctimai Birliyinin İdarə Heyətinin sədri Gövhər Həsənzadə, "Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Hüseyn Mehdiyev təşkilatların fəaliyyəti və təcrübələri haqqında məlumat veriblər.
Konfransda çıxış edən Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlaının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev Mərkəzin fəaliyyət istiqamətləri və Agentlikdə akkreditasiyadan keçmiş kollektiv idarəetmə təşkilatları haqqında məlumatı özündə əks etdirən təqdimatla çıxış edib. Vurğulanıb ki, əvvəllər musiqili əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasının öz üzərinə götürmüş "Azərbaycan Müəllifləri" İctimai Birliyi öz fəaliyyətini mövcud qanunvericiliyin tələblərinə uyğun qurmayıb, açıqlıq və şəffaflığa əməl etməyib və təmsil etdiyi müəlliflər və digər hüquq sahibləri arasında öz nüfuzunu itirib. Dəfələrlə İctimai Birliyin mövcud qanunvericilik aktlarına uyğun olaraq, akkreditasiyadan keçməsi tələb edilsə də akkreditasiya üçün tələb olunan sənədlər Agentliyə təqdim edilməyib.
Konfransda ölkəmizi təmsil edən müəlliflərin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edən təşkilatlarının rəhbərləri və üzvləri ilə yanaşı "Azərbaycan Professional Kinorejissorlar Gildiyası" İctimai Birliyi (APKG),"Müəllif Hüquqları Uğrunda" İctimai Birliyi (MHU), "Rəqəmli və Audiovizual Yayım Sənayesi" İctimai Birliyi (RAYS), o cümlədən Türkiyənin "Musiki Eseri Sahipleri Meslek Birliği" (MESAM), "Musiki Eseri Sahipleri Grubu Meslek Birliği" (MSG), Rusiya Federasiyasının "Rusiya Müəllif Cəmiyyəti" (Российское Авторское Общество - РАО), Qırığız Respublikasının Nazirlər Kabineti yanında Əqli Mülkiyyət və İnnovasiya Dövlət Agentliyi (KIGIZPATENT), Qazaxıstan Respublikasının "Amanat" Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması üzrə qeyri-kommersiya təşkilatı, Özbəkistan Respublikasının "Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması cəmiyyəti"nin (UzAvtor) nümayəndələri, ölkəmizin sənət adamları, bəstəkarlar, yazarlar, fonoqram istehsalçılar iştirak edib. Tədbirin sonunda konfransda iştirak edən xarici və yerli kollektiv idarəetmə təşkilatları əməkdaşlığın genişləndirilməsi barədə birgə bəyanat imzalayıblar.
Əqli Mülkiyyət Agentliyi beynəlxalq konfrans keçirdi - FOTOLARƏqli Mülkiyyət Agentliyi beynəlxalq konfrans keçirdi - FOTOLARƏqli Mülkiyyət Agentliyi beynəlxalq konfrans keçirdi - FOTOLARƏqli Mülkiyyət Agentliyi beynəlxalq konfrans keçirdi - FOTOLARƏqli Mülkiyyət Agentliyi beynəlxalq konfrans keçirdi - FOTOLARƏqli Mülkiyyət Agentliyi beynəlxalq konfrans keçirdi - FOTOLAR

Sosial       Tarix: 25 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib


son xeberler yeni xeberler azerbaycan xeberleri sou xeberler bugun cəbhədən ən son xəbərlər bu gunun xeberleri sonxeber.az