Ərdoğan ABŞ-a SƏSLƏNDİ: "Bu bölgələrdə qalmağın mənası yoxdur"
Türkiyə Prezidenti Rəcəb Ərdoğan ümid edir ki, ABŞ qoşunlarını təkcə Əfqanıstandan deyil, İraq və Suriyadan da çıxaracaq.
Publika.az xəbər verir ki, bu barədə o, CBS telekanalına müsahibəsində bildirib.
"Əlbəttə ki, bir seçimim olsaydı, Suriya və İraqdan getmələrini istərdim. Necə ki, Əfqanıstanı tərk etdi. Çünki dünyada sülhün təmin edilməsinə xidmət etməyə çalışırıqsa, bu bölgələrdə qalmağın mənası yoxdur. Sadəcə bu insanlara və bu idarəetmələrə bunu özləri üçün anlamağa imkan verə bilərik", - Türkiyə lideri bildirib.
Ərdoğan, Amerika rəhbərliyi ilə görüşlərində dəfələrlə Türkiyədə terror təşkilatı hesab edilən Kürdüstan Fəhlə Partiyası, Kürd Demokratik Birlik Partiyası və İraqdakı kürd silahlı qrupları ilə mübarizədən danışdığını söyləyib.
Siyasətçi deyib ki, bu mövzuda heç vaxt müsbət cavab almayıb.
"Amerika ordusu Suriyanın şimal və şimal-şərqindəki Deyr əz-Zor, Əl-Hasake və Rakka əyalətlərində olan ərazilərə nəzarət edir . Suriya hakimiyyəti onun varlığını qanunsuz hesab edir və onu neft oğurlamaqda ittiham edir", - Ərdoğan vurğulayıb.
Ərdoğan bildirib ki, Ankara Rusiyadan Suriyadakı siyasətə yanaşmasını Türkiyə ilə həmrəyliyin təzahürü kimi dəyişdirməyi istəyib. O vurğulayıb ki, Suriya prezidenti Bəşər Əsəd və onun rejimi Türkiyənin cənub bölgələri üçün təhlükədir.
Hüseyn
Turlar.az [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür