Ərdoğan Azərbaycana səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 26-29 mayda keçiriləcək "TEKNOFEST Azərbaycan" festivalında iştirak etmək üçün Bakıya səfər edəcək
Məlumata görə, Türkiyənin "Baykar" şirkətinin texniki direktoru və "TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktarla yanaşı, sənaye və texnologiya naziri Mustafa Varank da Azərbaycana gələcək.
Qeyd edək ki, regionun ən böyük tədbiri olan "TEKNOFEST Azərbaycan"da ziyarətçi olaraq iştirak etmək istəyən vətəndaşlar üçün qeydiyyat prosesi başlayıb.
Tədbir zamanı "28 May" metrostansiyasının yaxınlığından tədbirin keçiriləcəyi əraziyə saat 08.00-18.00 aralığında və əks istiqamətdə 09.00-21.00 arası ödənişsiz avtobus xidməti təşkil olunacaq. Avtobuslara daxil olarkən dispetçerlər tərəfindən biletlərin QC yoxlanılaraq sərnişinlərə giriş imkanı yaradılacaq.
"TEKNOFEST Azərbaycan" Türkiyənin "Teknoloji Takımı Vakfı"nın, Sənaye və Texnologiya Nazirliyinin və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq. Tədbir çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, "Smart Qarabağ" Hakatonu, "Take Off Baku" Startap Sammiti və "Rocket League" kiber idman üzrə Avropa Çempionatı təşkil olunacaq.
Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənc texnoloqların hazırladıqları prototiplər və STEM layihələrin nümayişi, açıq səma altında statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi nəzərdə tutulur.
Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin "Türk Ulduzları" və "Solo Türk" aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. daxildir.

Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib