Ərdoğan: "Azərbaycanlıları Stalin əsgərlərinin ixtiyarına CHP verib"
"Təəssüf ki, Azərbaycanda helikopterin qəzaya uğraması nəticəsində 14 azərbaycanlı qardaşımız şəhid olub, 2 nəfər yaralanıb. Mən də qardaşımız İlham Əliyevə başsağlığı verdim. Allah şəhidlərimizə rəhmət eləsin.
Eyni zamanda Malatyada, Elazığda hamımızı yasa boğan zəlzələrə görə canımız yandı".
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə televiziya kanallarına müsahibəsində deyib.
CHP-ni bir sıra hadisələrdə ittiham edən Türkiyə lideri keçmiş SSRİ dövründə imperiya əsarətindən qaçan azərbaycanlıların həmin vaxt iqtidarda olan Cümhuriyyət Xalq Partiyası (CHP) rəsmiləri tərəfindən yenidən Sovetlər İttifaqında geri qaytarıldığını xatırladıb.
"146 nəfər azərbaycanlı qardaşımız Rusiyanın (SSRİ-nin-red) zülmündən qaçaraq Türkiyəyə sığınıb. Təəssüf ki, CHP rəhbərliyi onları Stalin əsgərlərinin ixtiyarına verdi. Azərbaycanlı qardaşlarımız Boraltan körpüsündən keçərkən qətlə yetiriliblər. Türk əsgərlərinə "bizi onlara verməyin, öldürün", - deyiblər. CHP budur", - Ərdoğan xatırladıb.
Hüseyn
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var