"Ərdoğan bəyan etdi ki, İranla gərginlik artarsa Türkiyə Azərbaycanı dəstəkləyəcək" - Rusiyalı politoloq

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr və Azərbaycana iki günlük səfərinin nəticələri siyasətçilər və ekspertlər tərəfindən geniş müzakirə olunmaqda davam edir. Əslində Ərdoğanın proqramının konstruktiv hissəsi artıq ətraflı təsvir edilib. Amma onun tənqidi elementləri o qədər də aktiv şəkildə şərh olunmur. Baxmayaraq ki, onlara diqqət yetirməyə dəyər".
KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markedonov özünün Telegram kanalında yazıb.
O, bildirib ki, ənənəvi olaraq Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən danışan Ərdoğan Ermənistanın qeyri-konstruktiv davranışını vurğulayıb.
"Bu dəfə Türkiyə lideri hətta baş nazir Nikol Paşinyanı tərifləsə də, eyni zamanda opponentlərinin hərəkətlərindən narazılığını da ifadə edib. Eyni zamanda Ərdoğanın bəlkə də əsas tənqid hədəfi İran olub. Bu mövzu Zəngəzur dəhlizini müzakirə edərkən ortaya çıxıb. Ərdoğanın sözlərinə görə, bu, Ermənistanla bağlı problem deyil: " Zəngəzur dəhlizi İranın problemidir. Yəni bu, əhalisinin əksəriyyəti müsəlman olan iki ölkədir [Azərbaycan və İran]. İranın buradakı davranışı həm Azərbaycanı, həm də bizi incidir". Niyə Türkiyə lideri bu mövzuda bu qədər vurğu ilə danışmağa qərar verdi? Bunun bir neçə səbəbi var. Bu ilin yanvar ayından İranla Azərbaycan arasında münasibətlər çətin dövrlərdən keçir. Hələlik əsasən qarşılıqlı narazılıqlar ritorika sferası ilə məhdudlaşır. Amma narahat edən məqamlar da az deyil. Beləliklə, Ərdoğan üçün həm Türkiyə daxilindəki seçicilərinə, həm də müttəfiq Azərbaycan vətəndaşlarına Ankaranın İran istiqamətində gərginliyin artacağı təqdirdə qardaş ölkəni dəstəkləməyə hazır olduğunu göstərmək son dərəcə vacib idi", - deyə rusiyalı politoloq əlavə edib.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 17 iyun 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xəbərlər bugün sonxəbərlər bugünki xəbərlər xeberler bugun