Ərdoğan İlham Əliyevin Ukraynaya səfərindən danışdı
"Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya səfər edib. Bundan başqa, Böyük Britaniyanın Baş naziri Boris Conson da Kiyevdə səfərdə olub. Biz bu səfərləri, müzakirələri bir daha nəzərdən keçirib, addım atmaq istəyirik".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə müsahibəsində deyib.
"Qardaşım İlham Əliyevlə onun Ukraynaya səfərindən sonra bəzi müzakirələrimiz oldu. Əsas məsələ odur ki yubanmadan bu problemin həlli istiqamətində əlimizdən gələni edək", - R.T.Ərdoğan vurğulayıb.
Dövlət başçısı bildirib ki, Türkiyə-Ukrayna əməkdaşlığı bütün regiona fayda verəcək: "Ukraynada apardığımız müzakirələrin və imzaladığımız razılaşmaların xeyirli olmasını arzulayırıq. Qərb, təəssüf ki, indiyədək bu məsələnin həllinə töhfə verməyib. Əksinə, mane oldular. Bu mövzu ilə bağlı cənab Vladimir Putinlə olan müzakirəyə böyük əhəmiyyət verirəm".
Turlar.az [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var