Ərdoğan iqtisadiyyatı yenidən ona həvalə edəcək?

Ərdoğan iqtisadiyyatı yenidən ona həvalə edəcək?Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdə qələbə qazandıqdan sonra çıxışında sabitlik və etimad üçün "beynəlxalq hörmətə malik maliyyə komandası" quracağına söz verib və bundan sonra gözlər keçmiş Baş nazirin müavini və maliyyə naziri Mehmet Şimşekə çevrilib.
KONKRET.az"Bloomberg"ə istinadən xəbər verir ki, Ərdoğanın Mehmet Şimşeki yeni xəzinə və maliyyə naziri təyin edəcəyi gözlənilir.
Məlumatda qeyd edilir ki, 56 yaşlı Şimşek Türkiyənin iqtisadi siyasətinə məsul olacaq və iqtisadiyyatla bağlı bütün koordinasiyanı öz üzərinə götürəcək.
Bundan əlavə, "Reuters"ə danışan dörd yüksəkrütbəli məmur da Şimşekin yeni kabinetə daxil ediləcəyinin dəqiq olduğunu bildirib.
M. Şimşek keçmiş "Merrill Lynch" (qərargahı Nyu-Yorkda yerləşən ABŞ investisiya bankı) strateqidir, ona ortodoks iqtisadi fikirlərini müdafiə etdiyinə görə investorlar tərəfindən hörmət edilir. Şimşek TL-nin sürətli ucuzlaşmasından əvvəl istefa verib. İşlədiyi müddətdə maliyyə bazarları tərəfindən etibarlı fiqur kimi dəyərləndirilib.
Ərdoğan iqtisadiyyatı yenidən ona həvalə edəcək?Mehmet Şimşek 2013-cü ildə "Emerging Markets" jurnalı tərəfindən "İnkişaf etməkdə olan Avropada İlin maliyyə naziri", elə həmin il "Foreign Policy" jurnalı tərəfindən dünyanın 500 ən nüfuzlu adamından biri seçilib.
İnanılır ki, Şimşek seçkilərdən sonra bazarlara inamı bərpa edəcək. Artıq onunla bağlı xəbər axınının təsiri ilə birjada artım, risklərdə isə geriləmə müşahidə edilir.
Qeyd edək ki, Türkiyənin hazırki xəzinə və maliyyə naziri Nureddin Nebatidir. O bu posta 2021-ci il dekabrın 2-si təyin edilib.//Qafqazinfo

Siyasi       Tarix: 02 iyun 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


azerbaycan xeberleri son xeberler yeni xeberler xabarlar sonxeber.az bu gune olan xeberler en son xeber