Ərdoğan niyə bütün seçkilərdə qalib gəlir? – Fransız nəşrindən şok iddia
Fransanın qəzetlərindən biri "Le Monde" qəzeti Türkiyə ilə bağlı 100 səhifəlik nəşr yayımlayıb.
Teleqraf.com xəbər verir ki, Türkiyənin son 20 ildəki siyasəti, iqtisadiyyatı və xarici siyasətini təhlil edən ekspertlərin fikirlərinin yer aldığı 100 səhifəlik nəşr 8.90 avroya satılıb.
Təhlildə Türkiyənin əhalisi, iqtisadi dinamizmi və regional güc olaraq həm valehedici, həm də narahatedici olduğu bildirilib:
"Gözlənilməz Türkiyə: coğrafi mövqeyi, demoqrafik ağırlığı (83 milyon əhali) və iqtisadi dinamizmi ilə qonşumuz Türkiyə bizi həm valeh, həm də narahat edir".
Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın 19 illik hakimiyyəti dövründə köklü transformasiyadan keçdiyini yazan "Le Monde" ölkə liderini "iqtisadi möcüzə göstərən adam" adlandırılıb.
Türkiyənin Suriya, Liviya, Şimali İraq və Cənubi Qafqaza uzanan hərbi nüfuzuna toxunan "Le Monde" bu genişlənmənin ənənəvi müttəfiqləri olan Avropa və ABŞ-ı qəzəbləndirdiyinə diqqət çəkib.
Fransız nəşri islahatçı Ərdoğanın Avropa Birliyi (AB) ilə bağlı mövqeyinə də toxunub və AKP dövründə baş verən transformasiyaya münasibət bildirib.
"Le Monde" Türkiyənin infrastruktur və səhiyyə sistemini yüksək qiymətləndirərək, ümumi daxili məhsulun (ÜDM) üç dəfə artdığını yazıb. Məhz bu səbəbdən Ərdoğanın 2002-ci ildən bəri bütün seçkiləri qazandığı vurğulanıb.
Qeyd olunub ki, Türkiyənin G20-yə daxil olmasına şərait yaradan Ərdoğan son illər pilotsuz təyyarə diplomatiyası ilə məşğuldur. /publika.az

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm