Ərdoğan-Putin danışıqlarında müzakirə ediləcək məsələlər açıqlandı
Rusiya-Türkiyə danışıqlarında müzakirə ediləcək məsələlər açıqlanıb.
KONKRET.az "Anadolu"ya istinadən xəbər verir ki, təfərrüatlar barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "Kanal 7″nin efirində bildirib.
Kalın deyib ki, prezident Rəcəb Tayyib Ərdoğanın avqustun 5-ə planlaşdırılan Soçi səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə görüşündə taxıl daşınması müqaviləsi, ərzaq təhlükəsizliyi və Qara dənizdə gəmilərin hərəkəti məsələləri müzakirə olunacaq.
Türkiyə Prezidentinin sözçüsü Rusiya ilə ikitərəfli münasibətlərə də toxunub:
"Hər kəs Rusiya ilə körpüləri qırsa, onunla kim danışacaq, kim vasitəçi olacaq, kim əlaqə yaradacaq, bu razılaşmaları kim edəcək? Mən bunları Qərb ölkələrinə dedim. Bunun nəticəsini görürük. Taxıl daşınması ilə bağlı razılaşma bu danışıqların gedişatıdır. Ruslarla körpüləri tamamilə qırsaydıq, bu gəmiçilik müqaviləsini bağlamaq olardımı? Yox"./report

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?