Ərdoğan Qətərə səfər edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 6-7-də Qətərə rəsmi səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Ələqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, ölkə bşaçısı burada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Komitəsinin 7-ci iclasında iştirak edəcək
Səfər Qətər Əmiri Şeyx Təmim bin Həməd əl-Taninin dəvəti ilə baş tutacaq.
Komitənin iclası əl-Taninin sədrliyi və səlahiyyətli qurumların rəhbərlərinin iştirakı ilə Dohada keçiriləcək. Tərəflər ikitərəfli əlaqələri, eləcə də əməkdaşlığın dərinləşdirilməsi üçün mümkün addımları müzakirə edəcəklər.
Liderlər ikitərəfli gündəlikdəki məsələlərlə yanaşı, regionda və dünyada vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.
Komitə iclasının əlaqələrin inkişafına töhfə verəcəyi gözlənilir.
Görüşün yekunları üzrə bir sıra sazişlər və memorandumlar imzalanacaq.

Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
Məşhur aktyor SAXLANILDI
"Paşinyanın yeni siyasi kursu müxalifət üçün dialoqdan aqressiyaya keçiddir" - Ekspert
Məşhur şoumen 21 yaşlı fenomenlə sevgilidir?
Hikmət Hacıyev: 4000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır
Ərdoğan və Şahbaz Şərif Paşinyanı təbrik ediblər
İranda azərbaycanlı mollaların müəmmalı ölümləri baş verir - Qumda yaşanan olaylar zənciri
Neft ucuzlaşdı
Şahbaz Şərif: "Dünya sülhə heç vaxt indiki qədər yaxın olmayıb"
İran XİN başçısı: "ABŞ ilə razılaşmaya heç vaxt bu qədər yaxın olmamışdıq"
Qadağan olunmuş məlumatları "TikTok"da yayan şəxs həbs olundu
Bank Respublika "Ümumdünya Qan Donoru Günü" ərəfəsində qanvermə aksiyası keçirdi - FOTOLAR
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Pensiyaçılara şad xəbər
12 iyun üçün rəsmi məzənnələr məlum oldu