Ərdoğan Rusiya və ABŞ-ın nüvə silahından istifadə etməyəcəkləri barədə MƏLUMAT ALIB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ nümayəndə heyətlərinin Ankaradakı təmaslarından sonra tərəflərin nüvə silahından istifadədən çəkinəcəkləri barədə məlumat aldığını bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə o, İndoneziyadan qayıdarkən təyyarədə jurnalistlərə deyib:
"Kəşfiyyat rəhbərimdən aldığım məlumat ondan ibarətdir ki, hələlik heç bir tərəf nüvə silahından istifadə etməyəcək".
Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns bazar ertəsi Ankarada Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə görüşüb. Çərşənbə axşamı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Kremlin danışıqların məzmunu ilə bağlı deyəcək heç bir sözü yoxdur.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezident icra başçısını vəzifəsindən azad etdi
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü