Ərdoğan Rusiyadan alınmış S-400-ləri nə vaxt istifadə edəcəklərini AÇIQLADI
Qeyri-müəyyənlik və təhdidlərin heç azalmadığı bir bölgədə uzunmənzilli regional hava və raket hücumundan müdafiə sistemi ehtiyacı çərçivəsində tədarük olunan S-400-lər haqqında polemika yaradılmağa çalışıldığını görürük.
KONKRET.az "Haber Global"-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika turundan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
"Xüsusilə bu gün yaşanan Rusiya-Ukrayna böhranı bu silahların lazımlılığını yenidən ortaya qoyur. S-400-lərin niyə alındığı dəfələrlə açıqlanıb, səbəbləri, nəticələri, prosesin özü barədə ictimaiyyətə məlumat verilib", – deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, S-400-lərin harada istifadə olunacağı barədə sualın cavabı kifayət qədər aydındır:
"Kim raketlə ölkəmizə hücum etdə, orada istifadə olunacaq. Bir də "S-400-lər anqarda gözləyir" deyirlər. S-400-lər harada gözləməlidirsə, orada gözləyir. Təbii ki, bunlar gizli mövzulardır. Ehtiyac olacağı halda bu sistemin istifadəsinə dair bütün hazırlıqların aparıldığını və prosesin lazımı şəkildə inkişaf etdiyini bilirik".
Turlar.az [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var