Ərdoğan səslərini niyə artırır? - Maraqlı səbəb

Ərdoğan səslərini niyə artırır? - Maraqlı səbəb"Türkiyənin dünya nizamlanması baxımından rolunu nəzərə alsaq, tarixi roluna görə bu seçkilərin nə qədər kritik olduğunu görmək mümkündür".
KONKRET.azxəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Türk-İslam Araşdırmalar Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Telman Nüsrətoğlu deyib.
O Mayın 14-də Türkiyədə keçirilməsi planlaşdıırlan prezident və parlament seçkiləri ərəfəsində Prezident Ərdoğanın siyasi nüfuzundan söz açıb.
T. Nüsrətoğluya görə, Türkiyə həm yeni dünya nizamının şəkillənməsində həlledici rol oynayacaq ölkələrdən biridir, həm də bu gün Ərdoğan iqtidarı türk dünyası ilə birlikdə çoxqütblü dünyanın güc mərkəzi olmaq istiqamətində əmin addımlarla irəliləyir:
"Bunu istəyən və istəməyən geosiyasi mərkəzlər də mövcuddur. Bu mənada keçiriləcək seçkilər hər baxımdan dünya gündəminin əsas mövzularından birisi olacaq.
Seçkilərdə rəqib cinahların siyasi mübarizəsinin istiqamətlərinə gəlincə, ilk növbədə, onu deməliyik ki, Prezident Rəcəb Tayyib Ərdoğan böyük bir vizyonu təmsil edir. Bu vizyon isə odur ki, Türkiyə türk-İslam coğrafiyası ilə birləşərək birlikdə müştərək bir güc inşa edən bir ölkə olmalıdır. Ərdoğanın təmsil etdiyi siyasi vizyonu biz 20 illik AKP hakimiyyəti dövründə film sahəsindən iqtisadi sferaya qədər, o cümlədən hərbi sahə və Türkiyənin xarici siyasətində gördük. Xüsusilə 44 günlük müharibədə Türkiyənin yanımızda olması da bunun sübutudur. Ərdoğanın vizyonunun türk-İslam dünyası üçün nə qədər önəmli olduğunun şahidi olmaqdayıq".
Analitikin fikrincə, Ərdoğanın dövründə Türkiyə soyuq müharibə dövrünün Türkiyəsi olmaqdan çıxdı və Balkan yarımadasından Orta Asiyaya qədər bütünləşən bir Türkiyə oldu. Bu mənada Ərdoğan iqtidarının fərqli bir mövqeyi var:
"Ərdoğan Türkiyənin böyük güc olması üçün milli müdafiə sənayesi ilə yanaşı digər sahələrdəki inkişafa rəvac yaradaraq bunu davam etdirdi. Ərdoğan dövründə cümhuriyyətin ilk yarandığı zamanlarda təməlləri atılan təyyarə və avtomobil fabrikləri yenidən yaradıldı. Çünki həmin dövrdə ölkənin milli sənayesinin inkişafının qarşısı alınmışdı, lakin Ərdoğanın dövründə bütün bu milli sənaye həmlələri davam etdirildi. Biz gördük ki, Türkiyə "Bayraktar", "Kızıl Elma", TOGG istehsal edən Türkiyə halına gəldi. Türkiyənin artıq 7 böyük şirkəti dünyanın 100 ən böyük şirkətinin sırasına daxil olub. Hansı ki, bunlar Prezident Ərdoğanın icraatlarıdır. Xalq da bunu gördü".
O, əlavə edib ki, son baş verən hadisələrdə də göründü ki, bütün bu problemləri çözə biləcək insan Ərdoğanın özü və onun iqtidarıdır:
"Qarşı cəbhədə isə ən böyük problemlərdən biri odur ki, onlar fərqli dünya görünüşünə malik olan insanlardır. Müxalifət Ərdoğana qarşı çıxmaq adı ilə bir yerə gəlib. Lakin onların arasında fikir ayrılıqları hələ də mövcuddur. İYİ Partiya sədri Meral Akşenerin masadan qalxması, daha çox mühafizəkar cinahdan gələn SAADET və DEVA-nın sol partiya olan CHP ilə arasındakı ideoloji fərqliliklər onu göstərir ki, bu koalisiya möhkəm bir koalisiya deyil. Əgər bu gün onların arasında bu qədər fikir ayrılıqları varsa, sabah bu insanlar iqtidar olsa, siyasi sferada şiddətlənən bir mübarizənin şahidi olacağıq. Hazırkı şəraitdə isə türk xalqı bunu qəbul etməməlidir. Çünki yeni dünya nizamında Türkiyə hakimiyyəti mütləq şəkildə istiqrarlı və sakit olmalıdır. Bu mənada isə xalq bunu görməkdədir".
"Digər bir yandan, HDP deyilən bir güc var ki, onlar da 30 ildir Türkiyəni bölməyə çalışırlar. Bu güclər Suriyanın şimalında kürd dövləti qurmaq planlarını da göstərir. Hətta Türkiyədəki hərbi çevrilişə cəhddən sonra bu ölkə terrorla ard-arda mübarizə aparan bir dövlətə çevrilib. MİT-lə ordunun birgə fəaliyyəti nəticəsində nöqtə əməliyyatları ilə bu terror təşkilatlarının bir çox liderləri məhv edildi", – bildirib.
"Ancaq "Altılı Masa"nı dəstəkləyən və ard-arda açıqlama verən PKK liderlərinin sözləri onu göstərir ki, bu ittifaqın arxasında HDP ilə də bir sövdələşmə var. Bu isə Türkiyənin gələcəyi üçün təhlükəlidir.
Türkiyə siyasətində heç bir zaman PKK və onun siyasi mexanizmi olan HDP iqtidara gələ bilməz. Ona görə də mən bu seçkilərdə Ərdoğanın qələbəsinin hər keçən gün ortaya çıxdığını görə bilirəm. Güman edirəm ki, birinci turda seçkilərdə qalib gələcək", – yekunlaşdırıb.

Siyasi       Tarix: 24 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Rusiyada Putinin reytinqi kəskin azaldı

Rusiya Prezidenti Vladimir Putinə etimad səviyyəsi bir həftə ərzində 3,4% bənd, onun fəaliyyətinin bəyənilmə səviyyəsi isə 3,5% bənd azalıb. KONKRET.azxəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin (VTSİOM

Rövşən Muradov: Azərbaycan Avropanın strateji tərəfdaşına çevrilib

Azərbaycanın Avropa ilə dialoqu son illərdə enerji müqavilələrinin, ticarət göstəricilərinin və rəsmi diplomatik təmasların hüdudlarını aşaraq daha dərin siyasi-iqtisadi məzmun qazanıb. Bu münasibətlərin mahiyyətində Azərbaycanı

"Ağ Evdəki tarixi görüş regionumuzda müsbət ab-hava və vəziyyət yaratdı" - Prezident

Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur. Biz iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir, dövlətləraras

Rusiyada ermənilər "sıradan çıxdı" – yerini azərbaycanlılar tutur

"Məni iqtisadiyyat barədə təsəvvürlərimiz sadəcə heyrətləndirir. Elə vəziyyətə çatmışıq ki, artıq iqtisadiyyatı da "Rusiya yönümlü" və "Qərb yönümlü" kimi ayırırıq". -a istinadən xəbər veri

Rusiyaya səfər öncəsi Paşinyandan diqqətçəkən açıqlama: Görün hansı mesajları verdi

Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin dəmir yollarının yalnız milli maraqlara xidmət etməli olduğu ilə bağlı açıqlaması İrəvan-Moskva münasibətlərinin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bə

"Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur

Azərbaycan Cənubi Qafqazda pilotsuz sistemlərin ən qabaqcıl və institusional cəhətdən hazırlıqlı operatoru olaraq qalır və həm müasir PUA-ların alınması, həm də yerli istehsalın inkişafı sahəsində imkanlarını ardıcıl genişləndirməy

Rusiya-Ukrayna müharibəsi ilə bağlı bədbin proqnoz: "Rusiya 1 milyon əsgəri ona görə toplayır ki…" - Rəy

Rusiya ilə Ukrayna arasında davam edən müharibə artıq bir neçə ildir ki, beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Müxtəlif dövrlərdə tərəflər arasında danışıqlar aparılsa da, sülh razılaşmasına nail olma

Xamenei atasının dəfnində iştirak edəcək?

Müctəba Xameneinin keçmiş rəhbər və atası Əli Xameneinin dəfn mərasimində iştirak edib-etməyəcəyi barədə qərar bizim səlahiyyətimizə aid deyil. xəbər verir ki, bunu Əli Xameneinin dəfn mərasimi üzrə qərargahın katibi Əl

"Prezident İlham Əliyev xalqımızı çox böyük təhlükələrdən qorumağı bacarıb" - Elman Nəsirov

Prezident İlham Əliyevin indiyə qədər həyata keçirdiyi siyasətin əsas prioritetini dövlətin və xalqın maraqlarının qorunması təşkil edib. Milli maraqların qətiyyətlə müdafiəsi, ölkənin təhlükəsizliyinin və sabitliyinin təmi


yeni xeberler azerbaycan xeberleri son xeberler hava proqnozu en son xeber oxu.az xeberler son xeber 2026