Ərdoğan: "Tarixdəki hadisələrin araşdırılması tarixçilərə həvalə edilməlidir, siyasətçilərə yox" - VİDEO

Ərdoğan: "Tarixdəki hadisələrin araşdırılması tarixçilərə həvalə edilməlidir, siyasətçilərə yox" - VİDEOƏrdoğan: "Tarixdəki hadisələrin araşdırılması tarixçilərə həvalə edilməlidir, siyasətçilərə yox" - VİDEO
"Aprelin 24-də ABŞ Prezidenti Co Bayden öz çıxışında coğrafiyamızda bir əsr öncə yaşanan faciəli hadisələrlə əlaqədar əsassız, haqsız, həqiqətlərə uyğun olmayan ifadələrə yol verib. Heç bir tarixi və hüquqi əsası olmayan bu ifadələr millətimizin hər bir fərdi kimi bizi də təəssüfləndirdi".
"Haber Global" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra açıqlamasında bildirib.
R.T.Ərdoğanın sözlərinə görə, o, Co Baydenin radikal erməni dairələrinin təzyiqi ilə belə bir ifadə işlətdiyini düşünür:
"Bu vəziyyət ortaya çıxan mənzərənin iki ölkə arasındakı narazılığı aradan qaldırmayacaq. Türkiyə olaraq, tarixdə olan faciələrin müqayisə olunmasını humanist hal hesab etmirik, amma əgər belə bir yarış keçiriləcəksə, biz alnıaçıq, üzüağ çıxacağımıza əminik. Çünki heç bir yerdə ermənilərə aid toplu məzara rast gələ bilməzsiniz, amma türklərə aid çox sayda toplu məzarlar var. ABŞ və Avropa başda olmaqla bizə qarşı soyqırımı ittihamı yönəldənlərin hər birinin tarixində bu utancverici qətliamlar yer alıb".
"Osmanlının Balkanlardan və Zaqafqaziyaya uzanan əhalisinin yarıya qədəri ölüm, yarısı sürgün acısı yaşayıb. Üstəlik, biz bunu demirik. Qərbli tarixçilər deyir", - Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti həmçinin vurğulayıb ki, erməni terror şəbəkələrini dəstəkləyən qüvvələr öz tarixlərindəki rüsvayçılığı ört-basdır etmək istəyirlər:
"Biz yenə də əvvəlki fikrimizdəyik. Tarixdəki hadisələrin araşdırılması və həqiqətlərin ortaya çıxarılması tarixçilərə həvalə edilməlidir, siyasətçilərə yox. İllərdir ortaq tarixi komissiya qurulması təklifimizə bir cavab ala bilmədik. Biz özümüzə bu qədər güvənərkən qarşı tərəfin iddiaçı olmağına rəğmən hələ də məsələni siyasi arenaya daşıması əslində onların niyyətlərini açıq göstərir". 
Türkiyə Prezidenti ABŞ Prezidentinin yanlış addımdan geri dönməsinə ümid etdiyini də əlavə edib.

/oxu.az

Siyasi       Tarix: 26 aprel 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta bugun xeberler şou biznes xəbərləri cəbhədən son dəqiqə