Ərdoğan Türkiyə ilə Azərbaycan arasında imzalanan sənədi TƏSDİQLƏDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında sazişin tətbiq edilməsinə dair 2004-cü ilin mayın 6-da Bakıda imzalanmış prosedur müqaviləsinə dəyişiklik edilməsi barədə Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında əlavə prosedur müqavilə"ni təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bu barədə dövlət başçısı qərar imzalayıb.
Bildirilib ki, tərəflər Azərbaycanın icbari tibbi sığorta sahəsində qanunvericiliyində baş vermiş dəyişiklikləri nəzərə alaraq, aşağıdakılar barədə razılığa gəliblər:
"Maddə 1. Tərəflər arasında Prosedur Müqavilənin V bölməsinin 26-cı maddəsi aşağıdakı kimi dəyişdirilmişdir: "Bu Müqavilədə göstərilən analığa görə və protez yardımları istisna olmaqla, digər tibbi yardımlarla bağlı müddəalar, "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə sığorta haqları üzrə yığımlar bütün ölkə əhalisinə tətbiq edildikdən sonra həyata keçirilir".
Maddə 2. Bu əlavə Prosedur Müqavilə onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən sonrakı ayın birinci günü qüvvəyə minir və Prosedur Müqavilə qüvvədə olduğu müddət ərzində qüvvədə qalır".
Qeyd edək ki, Əlavə Prosedur müqavilə cari ilin mayın 19-da Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və onun türkiyəli həmkarı Vedat Bilgin arasında imzalanıb.//Report

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?