Ərdoğan: Türkiyə öhdəliyini davam etdirəcək
Türkiyə iqlim böhranı ilə mübarizədə və təmiz enerji dönüşümünü təmin etməkdə öz üzərinə düşəni həyata keçirməyə davam edəcək.
Publika.az xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Enerji Dialoqu Toplantısına videomüraciətində deyilib.
Müraciətdə qlobal istiləşmə və iqlim dəyişikliyinin bəşəriyyət tarixinin ən əhəmiyyətli problemlərindən biri olduğunu vurğulayan Türkiyə Prezidenti deyib: "Bu böhran yalnız qlobal əməkdaşlıq sayəsində idarə edilə bilər. Bunun üçün kimsəni geridə qoymamalı və ədalətli yük paylaşımını təmin etməliyik. Bu istiqamətdə ən əhəmiyyətli töhfəni enerji sektorunun verəcəyi məlumdur. Buradakı düstur da aydındır. Ənənəvi enerji mənbələrindən istifadə azaldılmalı, bərpa olunan və təmiz enerji mənbələri genişləndirilməli, enerji səmərəliliyi artırılmalıdır. Türkiyə olaraq, bərpa olunan enerjidə və enerji səmərəliliyində böyük bir uğura imza atırıq".

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür