Ərdoğan ultimatum verdi, kritik müddət başladı - Artıq heç nə əvvəlki kimi olmayacaq

Ərdoğan ultimatum verdi, kritik müddət başladı - Artıq heç nə əvvəlki kimi olmayacaqTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Ədalət və İnkişaf Partiyasının toplantısında Bəşər Əsəd rejiminin hücumlarına qarşı gediləcək yol xəritəsini açıqladı. Ərdoğanın Suriyaya ultimatum göndərməsindən sonra Türkiyənin qarşıdakı müddətdə atacağı addımlar maraqla gözlənilir.
Publika.az xəbər verir ki, jurnalist Mehmet Acet köşə yazısında Ərdoğanın verdiyi mesajları şərh edib.
O, prezidentin dilə gətirdiyi 3 istiqamətə diqqət çəkib: əsgərlərə kiçicik zərər gəlməsi təqdirində rejim qüvvələrinin hər yerdə vurulması, İdlibdə uçan təyyarələrin artıq rahat hərəkət etməyəcəyi, fevralın sonuna qədər rejimin türk ordusuna aid müşahidə məntəqələrini mühasirədən çıxarması.
Məqalədə bildirilib ki, bu sözlər iki əsas mövzuda Türkiyənin son dərəcə kritik prosesə daxil olduğuna işarə verir: "Ərdoğan Suriyadakı Türkiyə Silahlı Qüvvələri ünsürlərinə hər hansı yeni hücum ediləcəyi təqdirində buna birə-on, birə-yüz cavab veriləcəyini və bu cavabın sadəcə İdlib bölgəsi ilə məhdudlaşmayacağını söyləyir. Ultimatum çərçivəsi sadəcə qarşı tərəfdən gələcək hücumlara cavab verilməsi ilə başa çatmır. Bir də Ərdoğanın diqqət çəkdiyi "fevralın sonuna qədər" ifadəsi var. Rejimin 2018-ci ildə imzalanan Soçi memorandumu çərçivəsində çəkilən sərhədlərdən kənara çıxması istənilir. Ərdoğanın ortaya qoyduğu iradə rejimin bu bölgələrdən geri çəkilməsi və TSQ-ya aid müşahidə məntəqələrinin mühasirədən çıxarılması, 2018-ci il sərhədlərinə geri dönmək tələbini ehtiva edir.
Gözlər Moskva ilə aparılacaq müzakirələrdə
Şübhəsiz, İdlibdə yaşanan bu gərginlik sona çatacaq və məsələ diplomatik yolla həll olunacaqsa, bunu təmin edə biləcək ən əhəmiyyətli şey türk və rus heyətlər arasında gedən müzakirələr və bazarlıqlar olacaq. Ankaranın tələblərinin qarşılanması bir az da qarşı tərəfin tələbləri ilə ikisini uyğunlaşdırmaqla mümkün ola bilər. Bundan sonrakı görüşlərdə türk heyəti rejimin geri çəkilməsini tələb edərkən, Moskvanın əks tələbinin nə olacağını az da olsa ehtimal edə bilirik: İdlibdə şou göstərən Rusiya və rejimin terror ünsürü olaraq qəbul etdiyi radikal qrupların tənliyin xaricinə çıxarılması.
Ərdoğanın rejimə ultimatum mənası verən mesajlarından bu nəticələri çıxara bilərik: İdlibdəki gərginliyin azaldılması üçün Ankara-Moskva arasında rejimin geri çəkilməsi ilə İdlib bölgəsindəki terror qruplaşmasının kənara çıxarılması anlamında müzakirə aparılacağı anlaşılır. Bu müzakirələrdən necə nəticə çıxacağını, ya da bu metodla həll edilib-edilməyəcəyini qarşıdakı günlərdə daha rahat anlaya biləcəyik".
Zümrüd /publika.az

Dünya       Tarix: 13 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən görüntülər son xeber az xeber.az bu gun dunya xeberleri