Ərdoğandan 104 admiralla bağlı KRİTİK AÇIQLAMA: "Müvafiq tədbirlər görüləcək..."

Ərdoğandan 104 admiralla bağlı KRİTİK AÇIQLAMA: "Müvafiq tədbirlər görüləcək..."Türkiyə Silahlı Qüvvələrinin təqaüddə olan 104 admiralının gecə yarısı yaydığı bəyanat əsla qəbul edilə bilməz, bu, söz azadlığı deyil, tamamilə bədxah bir təşəbbüsdür".
Publika.az xəbər verir ki, Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib.
Türkiyə Prezidenti ölkədəki bütün siyasi partiyaları sözügedən bəyanata mövqe bildirmək üçün birliyə dəvət edib.
15 iyul 2016-cı ildə dövlət çevrilişini xatırladan R.T.Ərdoğan deyib ki, yayılan bəyanat da xüsusi şəkildə diqqətə alınıb müvafiq tədbirlər görüləcək: "Hər zamankı kimi biz xalqımıza arxalandıq, yol xəritəmizi millətimizlə paylaşmaq üçün bir araya gəldik, onlara hədlərini yenə birlikdə göstərəcəyik".
R.T.Ərdoğan yayılmış bu bəyanatın "Montrö sazişi" və İstanbul kanalı layihəsilə əlaqələndirilməsini yanlış hesab etdiyini deyib.
Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə İstanbul kanalı layihəsi reallaşarsa, 1936-cı ildə İsveçrənin Montrö şəhərində imzalanmış sazişin pozulması ilə bağlı fikirlər yer almaqdadır. Bu saziş Türkiyəyə Qara dənizlə sərhəd olmayan ölkələrin gəmilərinin İstanbul və Çanaqqala boğazı üzərindən keçməsinə nəzarət etmək hüququ verir. Aralarında Türker Ertürk, Deniz Cora kimi Türkiyə ictimaiyyətində tanınmış keçmiş hərbi dəniz donanması komandirlərinin yer aldığı 104 istefada olan hərbçinin yaydığı bəyanatda "Montrö sazişi"nin pozulması təhlükəsilə əlaqədar etiraz öz əksini tapıb.
Məsələ ilə əlaqədar istefada olan admirallardan 10-u saxlanılıb, 4-nün isə ifadəsi alınacaq.

Dünya       Tarix: 05 aprel 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib


son xeberler azerbaycan xeberleri yeni xeberler siyaseti xeberler bugun valyuta sou xeberler en son xeberleri